Sosial

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər

8 İyul, 2022
223

Açıq mənbələrdən götürülüb

Son bir həftə ərzində Azərbaycanda koronavirusa yoluxma hallarında 48 faiz artım olub. 

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilir. 

"Ölkəmizdəki epidemioloji vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarətdə saxlanılır. Yoluxma dinamikası intensivləşdiyi təqdirdə müvafiq addımların atılması məsələsinə baxıla bilər. Əlavə olaraq bildiririk ki, respublikamızda virusla mübarizə tədbirləri çərçivəsində mövcud maddi-texniki baza, dərman təchizatı və kifayət qədər çarpayı fondu var", - deyə məlumatda bildirilib. 

Səhiyyə qurumları vətəndaşları virusdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (“buster”) doza ilə peyvəndləməyə çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən həftə ərzində qlobal olaraq xəstəliyə yoluxma halları da təxminən 20 faiz artıb. 

Sosial

Son altı ayda yol qəzalarında 58 nəfər ölüb 

Aytac Məmmədli
16 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Son altı ayda yol-nəqliyyat hadisələrinin 63,8 faizini (146 fakt) piyadaların vurulması təşkil edib. Nəticədə, 58 nəfər həlak olub, 99 nəfər xəsarət alıb.     Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli "Toplum TV"-nin sorğusuna cavab olaraq bildirib.    Onun sözlərinə görə, hadisələrin 15-i piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib.   https://toplum.tv/sosial/baki-yollarindaki-xaosdan-cixis-yolu-varmi-manatliq-taksi-lerle-bagli-qerar-verilecek   "Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri daha çox Fətəli Xan Xoyski,  Heydər Əliyev, Ziya Bünyadov, Qara Qarayev və “8 Noyabr” prospektlərində qeydə alınıb. Piyadalar çox səhlənkarlıq edirlər. Bu isə yol infrastrukturunun düzgün qiymətləndirilməməsinin nəticəsidir", - R. Əhmədli qeyd edib. Rüstəm...
Sosial

Füzulidə sərhədi qanunsuz keçmək istəyən Şri-Lanka vətəndaşları saxlanılıb

16 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda sərhədi qanunsuz keçmək istəyən 10 Şri-Lanka vətəndaşı saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.  Bildirilir ki, avqust ayının 12-də saat 22:00 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində DSX “Horadiz” sərhəd dəstəsinin, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının arxa istiqamətində şübhəli şəxs qismində 10 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı saxlanılıb. https://toplum.tv/siyaset/dsx-generalindan-qazaxin-7-kendi-ile-bagli-aciqlama "Aparılmış ilkin araşdırma zamanı qeyd olunan əcnəbilərin 25-i və 29-u iyul tarixlərdə ölkə ərazisinə turist qismində rəsmi qaydada gəlmələri, İran vətəndaşı Əlirza adlı şəxsin bələdçiliyi ilə dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına, oradan isə Türkiyə Respublikasına keçməklə, Avropa olkələrindən birinə...

Seçilmiş Videolar

Toplum TV loqo