Sosial
Azərbaycanda koronavirus: 3196 yeni yoluxma
22 Noyabr, 2020
204
Azərbaycanda koronavirusa (COVID-19) 3196 yeni yoluxma faktı qeydə alınıb, 1598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, 24 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayının 28122 nəfər olduğu bildirilir. 

Ümumi yoluxma sayı 93094, sağalanlar isə 63841 nəfərdir. Bu günə qədər koronavirusdan ölənlərin sayı isə 1131 nəfərdir.

Azərbaycanda son sutka ərzində 15175, hazırkı dövrədək isə 1607455 test aparıldığı qeyd olunur.
Sosial

Daxili turizm Ramazan tətilindən faydalana bildimi? 

Roza Məmmədova
18 May 2021

Sosial Media

Son iki ildə pandemiya ucbatından yaranmış iqtisadi durğunluq turizm-otelçilik sahəsinə də ciddi ziyan vurub. Bir həftəlik Ramazan tətilində daxili turizmdə canlanma oldumu? Ölkə vətəndaşları yaz günlərində istirahətə pul xərcləyə bildilərmi?  Bu yazıda aydınlaşdırmağa çalışırıq. Azərbaycanda ən yaxşı halda bir nəfərin günlük hotel xərci 40-50 manatdan başlayır. Komfortdan asılı olaraq qiymətlər yüksəlir, amma əksər hallarda qidalanma xərcləri buraya daxil edilmir.  Buna baxmayaraq, daha aşağı xidmətlərdən yararlanıb istirahət edənlər də var. Məsələn, Nəzrin Əlizadə Mingəçevirdə 50 manata bir gün istirahət etdiyini söyləyir. Onun dediyinə görə, o, turla səfəri qidalanma xidmətinə görə seçir: “Ancaq belə səfərlərdə hotellərdə gördüyümüz komfortu tapmaq mümkün deyil. Çadır...
Sosial

Peyvənd olunanların sayı açıqlandı

18 May 2021

Sosial Media

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 914 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan mayın 18-də verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 727, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 187 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 834 657, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 042 781, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 791 876 təşkil edir.
Seçilmiş Videolar