Sosial

Azərbaycanda koronavirusa ən çox hansı yaş qrupu yoluxur?

22 Yanvar, 2021
43

BBC

“Əsas hədəflərimizdən biri növbəti 2 həftə ərzində tibb işçilərinin peyvəndlənməsini tamamilə yekunlaşdırmaqdır. Ardınca 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyası planlaşdırılır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Anadolu” agentliyinə müsahibəsində belə deyib.

O bildirib ki, sonrakı mərhələdə isə risk qrupuna aid insanlar başda olmaqla bütün vətəndaşlar peyvənd olunacaq: “Əhali arasında immunitetin olması üçün kütləvi vaksinasiya mütləqdir. İlk növbədə risk qrupları, sonrakı mərhələdə isə 50 yaşdan yuxarı insanların peyvənd olunması nəzərdə tutulur. Bununla da xəstəxanalarda aktiv xəstələrin sayında nəzərə çarpacaq qədər azalmanı hədəf kimi müəyyənləşdirmişik. Çünki xəstəxanalarda müalicə alan xəstələrin 70-75%-i məhz 50 yaş üzərində olan şəxslərdir”.

R.Bayramlı  gələcəkdə daha aşağı yaş qrupları üzrə əhalinin peyvənd olunmasının da nəzərdə tutulduğunu bildirib: “Bunun üçün vaksin istehsalçıları ilə həm ikitərəfli, həm də Çinin “SinoVac” şirkətinin təsisatı çərçivəsində müzakirələr davam etdirilir. Bu müzakirələrin yekunu olaraq ölkəyə peyvəndlər gətiriləcək”.

Sosial

Mübariz Mənsimov həbsdən azad edilir?

3 Mart 2021

BBC

Mübariz Mənsimovun həbsdən buraxılması haqqında Türkiyə Prokurorluğu  təqdimat verib. Təqdimatda M.Mənsimovun ölkədən çıxışına qadağa qoyulması tələbi irəli sürülüb. Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov həbsdən buraxıla bilər. İstanbul prokurorluğu onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, polis nəzarətində olmaqla, azadlığa buraxılması haqda təqdimat verib. Prokurorluğun təqdimatında göstərilib ki, məhkəmə prosesinin gəldiyi mərhələni, verilən ittiham üzrə nəzərdə tutulan cəzanı, həbsdə olduğu müddəti, bundan əvvəl cinayətə görə şübhəli və ya təqsirləndirilən şəxs olmamasını nəzərə alaraq, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi məqsədəuyğun hesab edilir. Prokurorluq təqdimatda həmçinin Mübariz Mənsimovun həbsdən buraxılacağı təqdirdə, onun ölkədən və müəyyən edilmiş ərazidən çıxışına qadağa...
Sosial

Müharibədən zərərçəkmiş şəxs: “Pul ayrılıb, amma İcra Hakimiyyəti vermir”

Nigar Səmədli
3 Mart 2021

Sosial media

“Müharibə zamanı evimiz atışmalar nəticəsində zərər görüb, pəncərələrə sellofan çəkib 2 otağına yığışmışıq. Hələ bir köməklik görməmişik". Bunu “Toplum TV”-yə Tərtərin Qaradağlı kəndinin sakini Tural Əliyev deyib. Tural Əliyev II Qarabağ müharibəsində əmlakı ziyan görmüş vətəndaşlardandır. O deyir ki, müharibədən sonra evlərinə bir dəfə baxış keçirilsə də, heç bir yardım edilməyib: "Kəndə nə qədər yardım paylanıb, amma bizə heç nə verilməyib. Bu haqsızlıqdır. Biz də burda yaşayırıq, müharibədən zərər görmüşük. Daha bir neçə ailə bizimlə eyni vəziyyətdədir”. Tural Əliyevin sözlərinə görə, 2016-cı ildəki Aprel döyüşlərində də mal-qarasına ziyan dəyib: “O vaxt 5 inəyim tələf oldu. Oonların da pulunu ala bilmədim....
Seçilmiş Videolar