Sosial

Azərbaycanda koronavirusa qarşı kütləvi immunitet nə vaxt yaranacaq? - Ekspertlər açıqlayır

Məzahir Abdurahmanov
4 İyun, 2021
153

Eurasian.net

“Əhalinin 60%-dən çoxu peyvənd olunandan sonra COVID-19-a qarşı kütləvi imnutet yaranacaq. Düşünürəm ki, yay mövsümünün sonunacan, payıza qədər biz bu nisbətə gəlib çata bilərik”.

Bunu “Toplum TV”-yə açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

Dünya miqyasında əhalinin vaksinasiya tempini ölçən “Our World Data” resursunun iyunun 3-də açıqladığı statistikaya görə, hazırda dünya ölkələri arasında ən yaxşı vaksinasiya fəaliyəti aparan 10 ölkə bunlardır: 

ourworldindata.org

1. İsrail - 63,02%
2. Kanada - 59,7%
3. Böyük Britaniya - 58,57%
4. Bəhreyn - 57,62%
5. Çili - 57,17%
6. Monqolustan - 56,92%
7. Macarıstan - 54,11%
8. Amerika Birləşmiş Ştatları - 50,15%
9. Almaniya - 44,65%
10. İtaliya - 38,94%

Keçmiş Sovet respublikaları arasında əhalinin vaksinasiya tempinə görə ən yaxşı göstəriciyə Litva - 39,51% malikdir. Siyahıda ikinci yerdə 36,98%-lə Estoniya, üçüncü yerdə isə 27,32% göstəriciylə Latviya qərarlaşıb. Azərbaycan 14,77% göstəriciylə Post-sovet coğrafiyasından baltikyanı ölkələrdən sonra 4-cü pillədə qərarlaşıb. 

Azərbaycanın qonşuları arasında Gürcüstanda əhalinin 3,9%-i, Ermənistanda isə 1,13%-i peyvənd olunub. 

Mütəxəssislər kütləvi immunitetin yaranması üçün əhalinin 60-70 faizində COVID-19-a qarşı immunitetin yaranmasının vacib olduğunu bildirirlər.

Mərdan Əliyev - Sosial Media

İnfeksionist-hepatoloq Mərdan Əliyevin fikrincə, Azərbaycanda vaksinasiyanın tempi o qədər də qaneedici deyil: “Əhalinin peyvəndlənməsi prosesi yay aylarında yekunlaşmalı idi. Amma hazırkı templə bu mümkün olmayacaq. Yeri gəlmişkən, burda obyektiv səbəblər də oldu: biz sifariş versək də, ölkəyə vaksinlərin gətirilməsi bir neçə ay gecikdi. Nəticədə temp aşağı düşdü".

Mütəxəssisin fikrincə, vaksinasiya məntəqələrində sıxlığın qarşısını almaq üçün prosesə daha çox xəstəxana cəlb olunmalıdır: “Vaksinasiya məntəqələrində sıxlığın yaranmasının, növbələrin pozulmasının səbəbi odur ki, hamı təkcə “randevu.az” saytından qeydiyyatdan keçməklə gəlmir, işdən göndərilənlər də var və onlar tək şəkildə deyil, qrup halında gəlirlər”.

Vüqar Cəfərzadə - Açıq mənbələrdən götürülüb

İnfeksionist Vüqar Cavadzadə isə "Toplum TV"-yə açıqlamasında bildirib ki, vaksinasiya prosesi hazırkı tempdə davam edərsə, 6-7 ay ərzində ölkədə kütləvi immunitet yarana bilər: “Hətta proses sürətlənə də bilər. Çünki insanlarda pasport almaq üçün vaksinasiyaya maraq yaranıb”. 

“Vaksinasiya məntəqələrində sıxlıq gələnlərin bir çoxu “randevu.az” saytından qeydiyyatdan keçə bilmədiyinə görə, bəziləri isə saytdan ümumiyyətlə, xəbərsiz olmasına görə yaranır. Hər kəs sözügedən saytda onlayn növbə alaraq poliknikaya yaxınlaşsa, bu qədər sıxlıq yaranmaz”, - deyə mütəxəssis qeyd edib.

Sosial

Tozlu hava 2 gün davam edə bilər

20 İyun 2021

Sputnik.az

İyunun 20-də səhər saatlarından Bakıda toz-dumanı müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, toz dumanı Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəyə daxil olub. Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəciklərinin transsərhəd xarakter daşıdığı deyilir. Xidmət qeyd edir ki, hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1.9 dəfə çoxdur. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.
Sosial

Son sutkada cəmi 38 nəfər virusa yoluxub

19 İyun 2021

Banker.az

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan iyulun 19-da verilən məlumata görə, “COVID-19”dan vəfat edən olmayıb. İndiyədək ölkədə ümumilikdə 335 437nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 462 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib, aktiv xəstə sayı 1014 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, ötən müddət ərzində isə ümumilikdə 3 668 281test aparılıb.
Seçilmiş Videolar