Azərbaycanda koronavirusa qarşı "Vakszevria" peyvəndinin tətbiqinə başlanılır
Açıq mənbələrdən götürülüb
Mayın 3-dən etibarən Azərbaycanda koronavirusa qarşı "Vakszevria” vaksininin (İstehsalçı şirkət "AstraZeneca") tətbiqinə başlanacaq.
Bu barədə aprelin 30-da Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib.
"Vakszevria” vaksininin ilkin olaraq 60 yaş və daha yuxarı şəxslərə vurulacağı qeyd olunub.
Peyvənd Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bunun üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.
“COVAX” platforması çərçivəsində Azərbaycana gətirilən 84 000 doza “Vakszevria” peyvəndindən istifadəni Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.
açıq mənbədən götürülüb
Wikipedia
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?