Açıq mənbələrdən götürülüb
Azərbaycan məscidlərində bəzi dini ayinlərin icrası üçün qadınlara imkanlar yaradılacaq.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda məscidlərdə elan olunmuş 39 vakant vəzifə arasında qadın dini ayinlərinin icraçısı vakansiyası yoxdur. Ancaq növbəti dəfələrdə qadınlar üçün də vakansiyalar açılacaq.
Rəsmi vurğulayıb ki, burada söhbət yalnız qadın dini ayinlərinin icrasından gedir. Bu, yalnız qadınlara istiqamətlənmiş fəaliyyət olacaq.
Avqustun 2-dən Azərbaycan məscidlərində vakant vəzifələrin tutulması üçün müsahibə başlayıb. Müsahibə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı komissiya tərəfindən aparılır.
Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
ayna.gov.az/
Açıq mənbələrdən götürülüb