Sosial

Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”

Roza Məmmədova
20 Aprel, 2022
1037

mida.gov.az

Kamal Hüseynov Mənzil İnşaatı Dövlət Agentliyindən sosial ev ala bilməyən 8 558 nəfərdən yalnız biridir.

Dediyinə görə, ailəsi 4 ildir mənzil üçün müraciət etsə də, ev almaq qismət olmayıb:

“Mənzillərin satışa buraxıldığı ilk il atamın adına ev almaq istədik. Seçimlər olanda evi qazandıq. Bir ay sonra “sistem qarışıb, yanlışlıq olub, sizə ev düşmür” deyib mənzili geri alıdılar. Sonra siyahıda olduğumuzu deyib növbəti dəfə nəzərə alınacağımıza söz verdilər. Əslində, bir dəfə qeydiyyatdan keçmək kifayət edir, ev alana qədər nə yenilik olsa bildiriş gəlməlidir. Keçən il də daxil olmaqla 3 ildir ki, atamın adından müraciət edirəm, amma alınmır”.

Yeni ailə həyatı quran Kamal deyir ki, bu il “taktikanı” dəyişməli olub, atasının adından yox, gənc ailəli kimi yoldaşının adından seçimlərdə iştirak edib. Buna baxmayaraq Hüseynovlar bu il də mənzilsiz qalıblar.

Kamal danışır ki, seçimlərdən qabaq evlərin haker, ya da tanışlıq vasitəsilə alındığını bilib:

“Tanışlarımdan öyrəndiyimə görə, 3 otaqlı evi 4 minə həll etmək olur. Deyirdilər istəsən xəbər elə, filankəsin adamı var, 4 minə düzəldir... 2 il əvvəlsə 7 min qiymət oxuyurdular”.

Azərbaycanda MİDA təcrübəsi: 6 saniyəyə 442 ev

Güzəştli mənzillərin satışı ilə məşğul olan MİDA-nın əsas üstünlüyü mənzillərin qiymətinin real bazar qiymətindən 2 dəfə ucuz olmasıdır.

2018-ci ildən bəri həyata keçirilən layihədə əsas məqsəd vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, mənzil-məişət şəraitini yaxşılaşdırmaq olduğu göstərilib.

Bundan əlavə, agentlik rəsmi saytında öz işini şəffaflıq, etibarlılıq və ədalət prinsipləri əsasında qurduğunu açıqlayıb.

MİDA-nın inzibati binası -"banker.az"

Bu günə qədər 2 mərhələdə Yasamal, Gəncə, Hövsan, Sumqayıtda yaşayış binaları istifadəyə verilib. Sonuncu dəfə ən böyük qalmaqal martın 30-da Yasamalda evlərin satışı zamanı baş verib.

Belə ki, mənzillərə 9 min tələb olub, 442 ev 6 saniyəyə satılıb. Yəni bir mənzil uğrunda 49 nəfər mübarizə aparıb. Satılan mənzillərin təxminən 15%-i dərhal alınıb.

MİDA-nın açıqladığı statistikaya görə, ilk mənzil seçiminin təsdiqlənmə vaxtı prosesin 7-ci saniyəsində baş tutub. Son mənzilin seçim təsdiqi isə 13 dəqiqə 28-ci saniyədə reallaşıb.

Kamal Hüseynov seçimlərin ədalətli olmadığını düşünür.

“Hər il sistemə müdaxilə olunur. Deməli bu sistem tam təhlükəsiz deyil. Sanki adam döyüşdürürlər. Ev almaq üçün güclü hakerin, kompüterin, internetin olması harada görülüb? Başqa yerdə evi olan, imkanı olan adam niyə MİDA-dan mənzil almalıdır ki? Əgər real növbəlilik sistemi olsaydı, bu boyda həngamə yaranmazdı. Məsələn, kimsə bilsə ki, sırası 755-dir və 400 ev satılıb, bu o deməkdir ki, deməli o növbəti mərhələdə ev ala biləcək”.

Bu il ilk dəfə sosial mənzil almaq üçün müraciət edən Nərgiz Mehdiyeva narazı vətəndaşlardan biridir. O deyir ki, seçimlərə qədərki prosedur qəliz olduğundan sənəd yığmaq xeyli zaman alır.

“Sənəd işlərini həll etsən belə, buradan ev ala bilmək üçün ya haker tutmalısan, ya da haker qədər bacarıqlı olmalısan. Həmin gün sistem açılan kimi vaxt itirmədən 15 dəqiqə ərzində tez-tez sistemi yeniləyirdim. Amma 15-ci saniyədə sistemə girib mənzillərin siyahısına çatanda artıq mənzillər qalmamışdı. Axı hamı klaviaturada sürətli işləyə bilmir. Hamının İT (İnformasiya Texnologiyaları- red) bacarığı yoxdur”.

Şikayətçilər hesab edir ki, bu sosial layihə olduğundan məhdud büdcəsi və həqiqətən ehtiyacı olanlar buradan yararalanmalıdır.

MİDA-nın əvvəlki illərdə satdığı mənzillərdə yaşayanların hamısı heç də sosial vəziyyəti aşağı olanlar deyil.

Toplum TV-yə danışan Ayan Məmmədova (ad şərti) deyir ki, sosial binaların birində qiyməti 450 manat olan 2 otaqlı mənzil kirayələyib. Dediyinə görə, evin sahibi rayonlardan birində hakim işləyir.

Ayan danışır ki, yaşayış kompleksində yüksək vəzifəli adamlar mənzil alıb, sonra isə oranı kirayə verirlər.

Bundan əlavə, əmlak saytlarına nəzər saldıqda MİDA-da kirayə ev elanlarının olduğu görünür. Kirayəyə çıxarılan mənzillərin ödənişi isə 450-600 manat arasında dəyişir.

screenshot - "arenda.az"

Şikayətlərdən sonra Dövlət Təhlükəsizlik Xidməti və MİDA birgə bəyanat yayaraq kompüter sistemlərinə və məlumatlarına qanunsuz müdaxilə edən 6 hakerin məsuliyyətə cəlb edildiyini, araşdırmaların aparıldığını bildirib.

Bəs görəsən kibercinayətdə yalnız hakerlərmi məsuliyyət daşıyır. Satılan evlər geri qaytarıla bilərmi?

Hüquqşünas Əkrəm Həsənov deyir ki, mənzil satışı ilə bağlı qoyulan qaydalarda boşluqlar var və onların tənzimlənməsi zəruridir:

“Burada ilk növbədə vətəndaşların mənzil ehtiyacı nəzərə alınmalıdır. Kimin tez qabağa düşməsi meyar olmamalıdır”.

Əkrəm Həsənov -sosial media

“Əgər agentlikdən kimlərinsə hakerlərə kömək etdiyi müəyyən edilsə, o zaman həmin şəxslər məsuliyyət daşıyır. Agentlik məqsədli şəkildə, yaxud da bilmədən buna şərait yaradıbsa, bu məsuliyyət yaradır. Çünki MİDA-nın hücumlardan qorunmaq üçün təhlükəsizlik alətləri, vasitələri olmalıydı”.

Ekspert satılan evlərin hüquqi müstəvidə mübahisələndirilərək geri qaytarılması ehtimalını istisna etmir.

İqtisadçı Elşad Məmmədov da oxşar fikirləri bölüşür:

“Dövlət vətəndaşların təminat məsələsini agentliyə həvalə edib. Hansısa haker ciniyət törədə bilirsə, bu, agentliyin fəaliyyətinin zəif olmasının nəticəsidir. Bu qurum işini elə qurmalı idi ki, hansısa kənar müdaxilələrdən uzaq olsun”.

Elşad Məmmədov -açıq mənbədən götürülüb 

İqtisadçının sözlərinə görə, bölgünün düzgün aparılması üçün konkret kriteriyalar müəyyən olunmalıydı. “Qanunvericilkdə bunlar müəyyən olunub. Amma nə dərəcə ədalətlidir, bu da ayrıca müzakirə mövzusudur”, - deyə o vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo