Sosial

Azərbaycanda "Omicron"-a yoluxmuş şəxslərin vəziyyəti açıqlandı

13 Yanvar, 2022
93

Zumapress

Koronavirusun "Omicron" ştamına yoluxan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur.

Bu barədə yanvarın 13-də Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilir. 

"Ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-sində SARS-CoV-2 21K "Omicron" variantı aşkarlanıb. Hazırda həmin şəxslərin vəziyyəti stabildir, evdə müşahidə altındadırlar. Sözügedən ştama yoluxmuş 12 nəfərin 8-indən götürülmüş təkrar test nümunələri mənfi nəticələnib və bu barədə məlumat “e-tabib” sistemində yer alıb.

Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır", - deyə məlumatda qeyd olunub. 

Sosial

“Gəncə məhbusu”: “Gərək özümə nəsə edəm ki, mənimlə maraqlansınlar”

Vüsalə Mikayıl
28 Yanvar 2022

Sosial Media

2018-ci ildə “Gəncə hadisələri” zamanı həbs olunmuş və hazırda 2 saylı cəzaçəkmə müəssəsində həbs həyatı yaşayan Bayramov Tural Arzu oğlunun səhhətində problemlər yaranıb. Bununla bağlı “Toplum TV” - yə məhbusun anası Zinyət Bayramova xəbər verib. O deyir ki, oğlunun vəziyyəti ağır olsa da, müdaxilə edilmir, vəziyyəti isə getdikcə pisləşir: “O qədər işgəncə veriblər ki, panik atak, nevroz olub. Əvvəl 10-cu kolonda idi, indi isə 2 saylı cəzaçəkmə təcridxanasındadır. 20 gündən də çoxdur ki, yenə ağrıları başlayıb. Gecə yatanda boğulur, qarabasması  olur. Artıq ağrılara dözə bilmədiyini deyir. Telefonla danışanda “gərək özümə nəsə edəm ki, mənimlə maraqlansınlar” deyir. Oranın həkimi Fərhadov Nüsrət...
Sosial

Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr

28 Yanvar 2022

TRT Haber

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb. "Koronavirus.info" saytının məlumatına görə, ölkədə virusa yoluxanların 52,3 %-i Bakının payına düşür. Yoluxma göstəricisi Abşeronda 13,3 %, Aranda 12,9 %, Gəncə-Qazaxda 7,7 %, Quba-Xaçmazda 3,6 %, Şəki-Zaqatalada 3,5 %, Lənkəranda 2,5 %, Dağlıq Şirvanda 2,2 %, Yuxarı Qarabağda 1,6 %, Naxçıvan Muxtar Respublikasında 0,5 %-dir. Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,5 % təşkil edir.
Seçilmiş Videolar