Azərbaycanda prezervativ idxalı azalıb, abortların sayı artıb
Açıq mənbələrdən götürülüb
Azərbaycanda abortların sayı artıb, prezervativ idxalı isə azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bir il ərzində Azərbaycanda abortların sayı 12 mindən çox olub və ya 35 faiz artıb.
2021-ci ildə 47 min abort olub. Daha bir il öncə – 2020-ci ildə bu rəqəm 34 min 700 idi. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. 2019-cu ildə isə ölkədə 36 min abort qeydə alınmışdı. Ötən il Azərbaycanda hər min qadına 18 abort düşüb. 2020-ci ildə bu rəqəm 13.3 idi.
https://toplum.tv/sosial/azerbaycanda-2050-ci-iledek-cinslerarasi-balansi-deyismek-mumkun-olmayacaq
İqtisadçı Toğrul Maşallının fikrincə, abortlara səbəb daha çox iqtisadi amillərdir.
İqtisadçı yazır ki, abortun olmaması üçün müasir cəmiyyətdə kontrasepsiya (hamiləlikdən qorunma üsulları) vasitələrinin tətbiqi genişlənir.
“Ölkədə kontrasepsiya vasitələrindən istifadə son zamanlar azalıb. Hətta səhiyyə sahəsinə aid kontrasepsiya (spiral, baryer, kimyəvi və s.) 2015-ci il ilə müqayisədə azalıb. Amma eyni zamanda ölkəmizdə "vulkanlaşdırılmış rezindən kontraseptivlər" və ya adi həyatda prezervativ/qoruyucu adlandırdığımız məhsulların idxalı da ciddi sürətdə azalıb”.
İqtisadçının fikrincə, kontraseptiv idxalı ilə abortların sayı arasında səbəb-nəticə əlaqəsi ola bilər.
Rəsmi məlumata görə, 2019-cu ildə Azərbaycana 43 ton (Gömrük Komitəsi prezervativi ton ilə hesablayır) kontraseptiv idxal olunmuşdusa, 2020-ci ildə bu göstərici 21,2 ton, 2021-ci ildə isə 13 ton təşkil edib. Yəni, 2 ilə idxal 3,3 dəfə azalıb.
“Bu il nəhayət 2019-cu ilin tendensiyaları bərpa olunmağa başlayıb. Məlumata görə, 2022-ci ilin ilk yarım ilində ölkəyə 24,18 ton kontraseptiv gətirilib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Əgər təxminlər düzdüsə, ehtimal etmək olar ki, 2022-ci ilin nəticələrinə görə abortların sayı azalacaq. Düzdür, burada bir çox digər amillər də rol oynayır”,- deyə Maşallı bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür