Açıq mənbələrdən götürülüb
QİÇS
Azərbaycanda Şirvan, Astara, Lənkəran, Hacıqabul, Sumqayıtda QİÇS infeksiyasına yoluxma halları daha çoxdur.
Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
Onun sözlərinə görə, bu göstərici infeksiyanın hər 10 min nəfərə görə neçə nəfərdə özünü göstərməsinə əsasən qeydə alınıb.
Dövlət rəsmisi son 5 ildə immunçatışmazlığı virusundan (İİV) ölənlərin sayına da aydınlıq gətirib.
O deyib ki, Azərbaycanda 2016-2021-ci illər ərzində İİV-dən 1237 nəfər vəfat edib.
"Bu illər ərzində ən çox ölüm halı 2018-ci ildə 98 nəfər qeydə alınıb. Vərəm xəstəliyindən ölüm daha çoxdur. 5 il ərzində vərəmdən ölüm 27,3 faiz təşkil edir. İkinci yerdə 12,3 faizlə onkoloji xəstəliklərdən, üçüncü yerdə isə qaraciyər serrozundan ölüm (9,5 %) halıdır. Ürək-damar pataloji xəstəliklərindən ölüm isə 6,2 faiz təşkil edir", - deyə F. Məmmədov bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06