Sosial

Azərbaycanda qrip əleyhinə vaksinasiya aparılır

17 Oktyabr, 2022
787

Rəsmi səhifə

Səhiyyə naziri Teymur Musayev əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə” Əmr imzalayıb.

Bu barədə oktyabrın 17-də Səhiyyə Nazirliyindən bildirilib.

Bildirilir ki, qərar “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030” sənədinə uyğun olaraq verilib. Respublikanın bütün şəhər və rayonlarında müəyyən olunmuş əhali qrupları arasında qrip əleyhinə tədbirləri 2022-ci ilin oktyabrın 10-dən başlayaraq bir ay ərzində həyata keçiriləcək.

https://toplum.tv/multimedia/apteklerde-derman-qitligi-sebeb-nedir

"Eləcə də əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsinin təmini göstərişləri Əmrdə əks olunub.

Əmrdə, eyni zamanda, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatları ehtiyatının yaradılması, respublikanın şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində, habelə tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayətin gücləndirilməsi kimi əhəmiyyətli göstərişlər də verilib", - deyə məlumatda qeyd olunub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo