Sosial

Azərbaycanda rayon və şəhərlər üzrə təhsil reytinqi açıqlandı

15 Yanvar, 2022
102

Açıq mənbələrdən götürülüb

Bakı Araşdırmalar İnstitutunun ekspert qrupu Azərbaycandakı rayon və şəhərlər üzrə təhsil reytinqini hesablayıb. 

"Çəpəki" teleqram-kanalının yanvarın 15-də yaydığı məlumata görə, hesablama aşağıdakı kriteriyalar əsasında aparılıb:

1) 9 illik buraxılış imtahanlarının nəticələri;
2) 11 illik buraxılış imtahanlarının nəticələri;
3) Ali məktəblərə qəbul imtahanlarının nəticələri

Nəticələrə əsasən ən yüksək nəticə göstərən 5 bölgə:

1. Naxçıvan şəhəri
2. Sumqayıt
3. Qubadlı
4. Bakı
5. Zəngilan

Ən aşağı nəticə göstərən 5 bölgə:

69. Cəlilabad
70. Daşkəsən
71. Yardımlı
72. Sabirabad
73. Saatlı

Sosial

“Gəncə məhbusu”: “Gərək özümə nəsə edəm ki, mənimlə maraqlansınlar”

Vüsalə Mikayıl
28 Yanvar 2022

Sosial Media

2018-ci ildə “Gəncə hadisələri” zamanı həbs olunmuş və hazırda 2 saylı cəzaçəkmə müəssəsində həbs həyatı yaşayan Bayramov Tural Arzu oğlunun səhhətində problemlər yaranıb. Bununla bağlı “Toplum TV” - yə məhbusun anası Zinyət Bayramova xəbər verib. O deyir ki, oğlunun vəziyyəti ağır olsa da, müdaxilə edilmir, vəziyyəti isə getdikcə pisləşir: “O qədər işgəncə veriblər ki, panik atak, nevroz olub. Əvvəl 10-cu kolonda idi, indi isə 2 saylı cəzaçəkmə təcridxanasındadır. 20 gündən də çoxdur ki, yenə ağrıları başlayıb. Gecə yatanda boğulur, qarabasması  olur. Artıq ağrılara dözə bilmədiyini deyir. Telefonla danışanda “gərək özümə nəsə edəm ki, mənimlə maraqlansınlar” deyir. Oranın həkimi Fərhadov Nüsrət...
Sosial

Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr

28 Yanvar 2022

TRT Haber

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb. "Koronavirus.info" saytının məlumatına görə, ölkədə virusa yoluxanların 52,3 %-i Bakının payına düşür. Yoluxma göstəricisi Abşeronda 13,3 %, Aranda 12,9 %, Gəncə-Qazaxda 7,7 %, Quba-Xaçmazda 3,6 %, Şəki-Zaqatalada 3,5 %, Lənkəranda 2,5 %, Dağlıq Şirvanda 2,2 %, Yuxarı Qarabağda 1,6 %, Naxçıvan Muxtar Respublikasında 0,5 %-dir. Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,5 % təşkil edir.
Seçilmiş Videolar