Sosial

Azərbaycanda “startap vadisi” - torpaq var, su yoxdur

Aytac Məmmədli
23 Mart, 2021
1204

Açıq mənbələrdən

Startap anlayışı XX əsrin əvvəllərində və əsasən IT (İnformasiya Texnologiyaları) sahəsində meydana gəlsə də, hazırda, demək olar ki, bütün biznes sahələrində yaradılıb və ya yaradılmaqdadır.

"Start up" termini ingiliscə prosesin başlanğıcı deməkdir. Bu konsepsiya hər hansı bir sahədə inkişafın ilkin mərhələsindəkki layihələri müəyyənləşdirir.
Məşhur startaplara misal olaraq HP, "Facebook”, “Youtube”, “Whatsapp Coursera”, “Uber” və başqalarını göstərmək olar.

Adətən, startapların əməliyyat tarixi qısa olur və onlar qısa müddət ərzində ya uğurlu şirkətlərə çevrilir, ya da uğursuzluqla üzləşib müflis olurlar.
Əksər dövlətlər, beynəlxalq qurum və təşkilatlar startapların yaradılmasına və inkişafına dəstək verir. Çünki bu platformalar iqtisadiyyatın inkişafına və böyüməsinə şərait yaradır, cəmiyyətin hansısa xidmət və ya məhsul üzrə tələbatını ödəyir, iş imkanları yaradır, uğurlu olduqda, ideya rəhbərlərinə və startapa dəstək olan investorlara gəlir gətirir.

Hazırda dünyada startaplara ən yaxşı dəstək göstərən ilk beş ölkə (ingiliscə “startup-friendly”) Yaponiya, Almaniya, ABŞ, İsveç və Birləşmiş Krallıqdır.
Azərbaycanda startaplara aşağıdakı dövlət qurumları və ya onların tabeliyində olan mərkəzlər dəstək göstərir:

- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu;
- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi;
- Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Innoland İnkubasiya və Akselerasiya Mərkəzi;
- Azərbaycan İnvestisiya Şirkəti;
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu.

Onu da qeyd edək ki, startaplara digər dövlət qurumları və fondları da dəstək göstərə bilər - əgər bu, həmin qurumun marağına və səlahiyyət dairəsinə aid sahədə olarsa.
 

Startapların dəstəklənməsi

Startaplara ilk dəstək tədbiri dövlət tərəfindən ayrılan qrantlar, kreditlər, subsidiyalar və s. kimi güzəştli maliyyə mexanizmləridir. Digərlərdən fərqli olaraq bu kreditlər startaplara uzun müddətə və aşağı faizlə verilir.

Növbəti dəstək tədbiri kimi startaplar üçün maliyyə dəstəyi göstərə biləcək investorların tapılmasına yardımı göstərmək olar. Azərbaycanda bu yardımı yuxarıda qeyd etdiyimiz qurumların bəziləri (Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Innoland İnkubasiya və Akselerasiya Mərkəzi) təklif edir.
Həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi daxili bazar araşdırmalarında və bu araşdırmaların xərclərini ödəməkdə yardım təklif edir.

Azərbaycan Startap Ekosisteminin (ASE) inkişafı üçün müxtəlif vaxtlarda aşaıdakı fərman və sərəncamlar imzalanıb:
- "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”;
- “Azərbayan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”;
- “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”;
- “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”.

ASE ilə bağlı məlumatlarda sistemin inkişafı üçün müxtəlif qurumların - inkubasiya mərkəzlərinin, investisiya şirkətlərinin, texnologiya məktəbləri və fondlarının fəaliyyət göstərdiyi qeyd olunur.

İnkubasiya mərkəzləri innovativ biznes ideyaları olan gənclərə istiqamət verir. "Sup.az", “Social İnnovation Lab", "Barama" kimi mərkəzlərdə öz ideyası olmayan gənclərə fərqli proqramlar təklif olunur.

"Caspian venture capital", "İnfipro", "Khazar ventures" və digər investisiya şirkətləri öz biznes modellərini artıq sübut etmiş layihələrə dəstək verir.

"Hackacademy", "Code Academy", "Milli Byte" texnologiya məktəbləri startap yaratmaq istəyən, ancaq texniki bacarıqları buna yetməyən şəxslərə yardım edir. Bu məktəblərdə startap layihəsinin tələblərindən asılı olaraq fərqli İT bilikləri öyrədir.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Gənclər Fondu, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu və Sahibkarlığa Kömək Milli Fondu isə innovativ biznes ideyaları və sosial layihələri olan gənclərə maliyyə dəstəyi verirlər.
 

Startaplar niyə uğursuz olur?

"Chip.az" uğursuz startaplarla bağlı araşdırmasında qeyd edir ki, birinci problem yaxşı plan, güclü strategiya və hərtərəfli bazar araşdırmasının cazibəsidir. Bunlar əvvəlki dövrlərdə uğur qazanmağın göstəriciləri sayılırdı: “Bunu startaplara da tətbiq etmək istədilər, amma alınmadı, çünkü startaplar qeyri müəyyənlik şəraitində fəaliyyət göstərir. Startaplar müştərilərinin kimliyini, məhsullarının necə olmalı olduğunu hələ bilmirlər. Zaman ötdükcə dünya daha qeyri-müəyyən hala gəlir deyə, gələcəyi təxmin etmək get-gedə daha çox çətinləşir. Köhnə menecment metodları bu problemlərin öhdəsindən gələ bilmir. Planlaşdırma və proqramlaşdırma yalnız uzun, sabit əməliyyat tarixçəsinə və müvafiq statik mühitə əsaslananda dəqiq ola bilir. Startaplar bunların heç birinə malik deyil. İkinci problem ənənəvi menecmentin bu problemi həll etməkdə aciz qaldığını görən bəzi sahibkar və investorların «sadəcə et» (“Just Do İt”) startap məktəbinin düşüncəsini mənimsəmələridir. Bu məktəb inanır ki, menecment özü problemə çevriləndə, xaos ən yaxşı strategiya olur. Sınaqdan keçmiş bir metod olaraq qeyd etmək lazımdır ki, bu da bir işə yaramır".

2020-ci ilin martında Azərbaycanda ən çox startap yaradılan sahələr açıqlanıb.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyinə müraciət edən hər 100 startapın sahələr üzrə ortalama bölgüsündə birinci sırada təhsil, sonda isə müdafiə sənayesi yer alıb.

Sahələr və onların ortalama faiz göstəriciləri aşağıdakı kimi olub:
- təhsil -12,3%;
- elektron ticarət - 11,4%;
- sosial şəbəkələr - 10,2%;
- sosial - 8,9%
- media və reklam - 7,6%;
- əyləncə - 6,4%;
- nəqliyyat/loqistika - 5,1%;
- maliyyə - 5,1%;
- aqrar - 5,1%;
- ağıllı şəhər - 3,8%;
- dizayn/incəsənət - 3,4%;
- məhsuldarlıq və təhlükəsizlik - 2,5%;
- infrastruktur və təhlükəsizlik - 1,7%;
- tibb - 1,7%;
- turizm - 1,3%;
- alternativ enerji - 0,8%;
- data - 0,8%;
- avtomobil və maşınqayırma - 0,8%;
- müdafiə sənayesi - 0,4%.
 

Bu sahənin inkişafı üçün hansı addımlar atılıb?

2020-ci il fevral ayında Amerika Birləşmiş Ştatlarının Silikon Vadisində Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib. Bu qurum “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən yaradılıb. Stanford Universitetində baş tutan mərasimdə Silikon Vadisində və ona yaxın ərazilərdə yaşayan, innovasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən 100-ə yaxın azərbaycanlı iştirak edib. Yeni yaradılmış ˝Tech Diaspora˝-nın birinci forumu da elə orda keçirilib. Elan olunub ki, bu qurum:
- Azərbaycanda startap ekosisteminin inkişafını;
- dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı startap ekosistem oyunçularının, innovativ texnologiyalar sahəsində fəaliyyət göstərən azərbaycanlıların ölkə ilə əlaqələrinin daha da möhkəmləndirilməsini;
- onlar arasında əlaqələrin və birgə fəaliyyətin təmin olunmasını hədəfləyir.

2021-ci il yanvarın 30-da baş nazir Əli Əsədovun imzaladığı qərarla startaplara 3 illik "Startap" şəhadətnaməsi verilməyə başlanıb. Məsələ hələ ötən illərdən gündəmdə olsa da, bu səlahiyyətin hansı quruma verilməsi haqda müzakirələr konkret nəticə vermirdi. Qərara əsasən, bu işlə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məşğul olacaq - ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar etmədikdə, təqdim olunan sənədləri qurumun nəzdində yaradılmış Ekspertlər Şurasına təqdim edəcək; Şurada səs çoxluğu ilə qəbul edilmiş rəyə əsasən “Startap” şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtinayla bağlı qəbul edəcək.


Qərarda həmçinin qeyd olunur ki, “Startap” şəhadətnaməsi əldə edən hüquqi və ya fiziki şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.31-ci və ya 106.1.23-cü maddəsində nəzərdə tutulan azadolmadan istifadə hüququ qazanacaqlar. Mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət vergisindən, fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslərsə 3 il müddətinə gəlir vergisindən azad edilirlər.
 

Azərbaycanda niyə böyük startaplar yaranmır?

Bəs nə üçün Azərbaycanda sürətlə böyüyən və dəyəri 1 milyard dollara çataraq yunikorn-şirkətə çevrilən startaplar yoxdur? Bunun üçün nə çatışmır?

"Toplum TV"-yə danışan startapçı, "Buket.al" layihəsinin yaradıcısı Nicat Manafovun sözlərinə görə, azərbaycanlı startapçıların ən böyük problemi yerli investorların onları dəstəkləməməsidir: “İdeya investorların xoşuna gələndə onu özləri həyəta keçirirlər. Anlamırlar ki, perspektivli insanlara pul yatırmaqla daha tez nəticə əldə edə bilərlər, nəinki ideyaları kopyalamağa çalışmaqla. O ki qaldı yunicorna, bunun üçün Azərbaycanda startap yox kimidir".
N.Manafov Azərbaycanda startap investorunun olmadığını deyir: "Startapdan pul qazanıb meydana çıxan investor yoxdur. Ona görə startapçılara risk investitisiyası nəzərdə tutan, sərmayesinin bir qismini riskə ayıran adamlar da yoxdur. Bu səbəbdən də ölkədə startap doğulmadan ölür".

Nİcat Manafov-"Feysbuk"

Startapçı yalnız xarici investorlara ümid bəslədiyini söyləyir. Onun fikrincə, ölkə xarici investorlara qapı açmalı, onlarla iş birliyinə səy göstərməlidir.

"Startap" şəhadətnaməsi startapçılara lazım idimi? Ümumiyyətlə, startaplar üçün dövlət tərəfindən gözlənilən dəstəklər hansılardır?

N. Manafovun dediyinə görə, şəhadətnamənin üstünlükləri var: mənfəət vergisindən azad edir, dövlətlə əməkdaşlıqda üstünlüyü tanıyır: "Startapçıların dövlətdən gözlədiyi dəstək bunlardır: maliyyə inistitutlarını, xarici investorları ölkəyə cəlb etmək, onların pullarını təminat altında qorumaq. Dövlət işlərini tam elektronlaşdırmaq lazımdır ki, xarici investorlar ölkəyə gəlmədən Azərbaycana investisiya edə bilsinlər. Bundan başqa, bizdə Amerikanın "İncorporate", "S corporation" şirkətləri yaradılmalıdır ki, investitisiyalardan vergi tutulmasın”.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Xəzərlə bağlı proqnozlar özünü doğrultmur, enmə davam edir

2 Dekabr 2022

Açıq mənbələrdən götürülüb

"Son 10 il ərzində Kürdən Xəzərə daxil olan suyun həcmi 51 faizə qədər azalıb" Toplum TV  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı"nda deyib. O bildirib ki, Xəzər dənizinin səviyyəsinin enməsi çox ciddi məsələdir və bunu kompleks araşdırmaq üçün Xəzəryanı ölkələrin mütəxəssisləri öz səylərini birləşdirməlidirlər. https://toplum.tv/iqtisadiyyat/4-olke-transxezer-dehlizi-ile-bagli-yol-xeritesi-qebul-etdi "Çox təəssüf ki, bu günə qədər Xəzər dənizi ilə bağlı uzunmüddətli proqnozlar özünü doğrultmayıb. Dövri enmə və qalxmalar müşahidə olunur. Bu məsələ son zamanlar daha çox aktuallaşıb. Məqsədimiz ondan ibarətdir ki, Xəzəryanı 5 ölkə tərəfindən Xəzər dənizinin razılaşdırılmış səviyyə tərəddüdlərinə dair ümumi bir ssenari...
Sosial

Borcunu üzrsüz səbəbdən ödəməyənlər cərimə olunacaq

2 Dekabr 2022

Rəsmi səhifə

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət artırılır. Toplum TV-nin xəbərinə görə, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.  https://toplum.tv/multimedia/milli-meclisin-onunde-etiraz-xestexanada-olen-xestenin-skafina-baxiram-ki-belke-mene-yarayan-derman-olar Dəyişikliyə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manatdan 1500 manatadək...

Seçilmiş Videolar

Toplum TV loqo