Açıq mənbələrdən götürülüb
Azərbaycanda taksi qiymətləri keçmiş Sovet respublikaları arasında ən bahalılardandır.
Bu barədə iyulun 16-da statistikalar yayımlayan "Çəpəki" teleqram-kanalı məlum verib.
Məlumatda deyilir:
""Numbeo" statistika bazasının məlumatlarından aydın olur ki, Azərbaycanda taksi qiymətləri keçmiş Sovet respublikaları arasında ən bahalılardandır. "Numbeo"-nun hesablamasına görə, Azərbaycanda taksi xidmətinin 1 km üçün orta qiyməti 0,43 ABŞ dolları təşkil edir.
Keçmiş Sovet respublikalarında və bütövlükdə "Numbeo"-nun tədqiq etdiyi 108 ölkə arasında ən ucuz taksi Özbəkistandadır. Burada taksi ilə gedilən 1 km məsafə 0,20 dollara başa gəlir. Rusiyada bu göstərici 0,23 dollar, Ukraynada – 0,26 dollar. Moldovada – 0,28 dollar, Belarusda – 0,29 dollar, Qazaxıstanda – 0, 35 dollardır.
Azərbaycanın göstəricisi MDB üzrə yüksək olsa da, 108 ölkə arasında 92-ci yeri tutub. Yəni taksi qiymətlərinin ən ucuz olduğu 16 ölkə arasında olub. Taksi xidmətlərinin qiyməti baxımından dünyada birinci yeri kilometrə görə 4,15 dollar ödənilən İsveçrə tutur, ikinci yerdə Yaponiya (3,63 dollar), üçdə isə Salvador (3 dollar) qərarlaşıb".
açıq mənbədən götürülüb
Wikipedia
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?