Sosial

Azərbaycanda yayılan qrip virusu “Omicron”-dur, yoxsa?..

10 Yanvar, 2022
1765

Zumapress

Koronovirus əlamətləri var, amma testin nəticəsi neqativ çıxır

Son günlər qrip kimi yayılan xəstəliyin əslində, koronovirusun yeni ştamı olduğu iddia edilir.

Oxşar situasiya ilə qarşılaşan jurnalist Ramin Deko sosial media hesabında xəstəliyə yoluxduğunu, amma koronovirus testinin nəticəsinin neqativ çıxdığını yazıb:

“Yeni xəstəlik yayılıb, adı hələ elmə məlum deyil, bəlkə də dünya bilir, bizim xəbərimiz yoxdu. COVID-19-un əlamətləri var: yüksək hərarət, boğaz ağrısı, öskürək, burun axması, iy-dad bilmənin itməsi və baş ağrısı. Ətrafımdakı dostların bir neçəsi bu adı məlum olmayan xəstəliyə yoluxdu, iki gün sonra mən tutuldum. Həkimlər deyir bu ya yeni qripdi, ya da COVID-19-un mutasiyaya uğramış daha bir variantıdır (testlər yeni variantı göstərmir, eyni hal “Delta ştam”ıyla bağlı da deyilirdi). Bir sözlə, əlamətlər çox oxşardı, amma qorxulu deyil”.

Ramin Deko - Sosial Media

Bundan başqa, sosial mediada yeni virusun məktəblilər arasında daha çox yayıldığı qeyd olunur.

Bir qayda olaraq, koronovirus test nəticələrində virusun hansı ştamının olduğu ayrıca qeyd edilmir. Xəstələrin əksəriyyəti əlamətlərə əsasən, hansı ştama yoluxduqlarını müəyyənləşdirdiklərini söyləyirlər.

İddialara rəsmi cavab: “Ştamın hansı növ olmasını laborator analizlər nəticəsində dəqiq bilmək olur”

Yanvarın 10-da Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda ölkə xaricindən Azərbaycana gələn şəxslərdə koronovirusun yeni ştamı olan "Omicron" variantının aşkarlandığı bildilib.

Ardınca Səhiyyə Nazirliyi Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarını müəyyənləşdirmək üçün istifadə olunan PCR testlərinin “Omicron” ştamını aşkarlamadığı barədə iddialara cavab verib.

Nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “Report”a açıqlamasında bildirib ki, yeni ştam da koronavirusun digər növləri kimi adi PCR test üsulu ilə aşkarlanır:

“Çünki mövcud testlər istənilən ştamda müsbət nəticə verməyə qadirdir. Sadəcə həmin ştamın hansı növ olmasını laborator analizlər nəticəsində dəqiq bilmək olur”.

Mövsümü virusa yoluxanlardan götürülən test nəticələrinin neqativ çıxması bir daha sübut edir ki, həmin nümunələrdə COVID-19 virusu yoxdur”.

Təyyar Eyvazov - Açıq mənbələrdən götürülüb

Həmçinin, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva da deyilənləri təkzib edib:

"Bu, tamamilə yanlış düşüncədir. Koronavirusun bütün ştamları istər "Alfa", "Beta", "Delta", istərsə də "Omicron" COVID-19 PCR testində müsbət göstərir. Amma bu test hansı ştam olmasını fərqləndirə və təyin edə bilmir. Ştamın növünü təyin etmək üçün isə əlavə laborator analizə ehtiyac olur. COVID-19 PCR testi neqativ olan xəstələr böyük ehtimal digər respirator viruslardan birinə yoluxmuş hesab olunurlar. Bunlar arasında uzun müddət davam edən, daha çox ağırlaşmalara və bakterial koinfeksiyalara meyilli olan növ “influenza”dır”.

İnfeksionist, radiloq Aydın Əliyev “Toplum TV”-yə deyir ki, “Omicron”ştamı eyni virusun mutant variantı olub, nisbətən daha az təhlükəlidir.

O, oxşar şikayətləri olan xəstələri yoxlayanda onların ağciyərlərində çox zaman zədələnmə müşahidə etmədiklərini deyir.

Aydın Əliyev - Açıq mənbələrdən götürülüb

“Amma bildiyimiz kimi COVID-19 təxminən 20-30% halda ağciyərlərdə  dəyişiklik yaradır. Qrip əlamətləri ilə şikayət edənlərin sayı həddindən artıq çoxalıb. Ancaq düşünürəm ki, bu, “Omikron” ştamı deyil, başqa virusdur. Yaxşı olar ki, dövlət xəstəxanalarının hansındasa bunu müəyyənləşdirəcək labarotoriya varsa, yoxlayıb törədici haqqında ictimaiyyətə məlumat versinlər”.

TƏBİB “Toplum TV”nin sorğusuna cavab olaraq, ölkədə mövcud genetik analizləri icra etməyə imkan verən avadanlıqların olduğunu bildirib: “Genom analizləri ilə bütün növ yeni variant və ştamların təyin edilməsi mümkündür”.

Ancaq belə labarotoriyaların hansı müəssisələrdə olduğu və analizlərin necə aparıldığı ictimaiyyətə bəlli deyil.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo