açıq mənbədən götürülüb
Ukraynanın Dnepr şəhərinə Azərbaycandan 20 ton humanitar yardım göndərilib.
Bu barədə Dnepr şəhərinin saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Bakıdan Dneprə uzun müddət saxlanıla bilən zəruri məhsullar və dərmanlar göndərilib. Yardım həddindən artıq ehtiyacı olanlara - köçkünlərə və müdafiəçilərə paylanır.
Ukraynanın Müdafiə Fondunun rəhbəri Natalya Kostyuçenko və Dnepr şəhərinin icra başçısı Boris Filatov yardım üçün təşəkkür edib. Boris Filatov əlavə edib ki, böyük Azərbaycan icmasının yaşadığı bir şəhər olaraq Dnepr bu dəstəyi heç vaxt unutmayacaq.
Azərbaycan fevralın 27-də və martın 12-də Ukraynaya, aprelin 15-də isə Moldovaya Ukraynalı qaçqınlar üçün ümumilikdə 23,2 milyon manat dəyərində 550 tona yaxın humanitar yardım göndərib. Bakıdan Kiyevə 170 tondan çox çəkisi olan sonuncu yardım yükü aprelin 21-də göndərilib. Bu yükə 3,37 mln. manatlıq dərman və tibbi ləvazimatlar, həmçinin 1 mln. manatlıq ərzaq məhsulları daxil idi.
Ukraynada müharibə ərzində Bakı Ukraynaya təxminən 15 mln. avro dəyərində 760 ton humanitar yardım göndərib.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
açıq mənbədən götürülüb
Wikipedia
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır