Avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin həlak olduğu bildirilir.
Bildirilir ki, Babək Əliyev Kəlbəcərdə mina partlaması nəticəsində həlak olub.
Müdafiə Nazirliyi məlumatı təsdiqləyib:
"Kəlbəcərin şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində Babək Əliyev şəhid olub".
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda cinayət işi başlanılıb.
B.Əliyev 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndində anadan olub.
Bu gün Laçında Azərbaycan ordusunun 2 əsgəri həlak olub.
Müdafiə Nazirliyi bildirib ki, çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası hərbi qulluqçuların – əsgərlər Samir Xudiyevin və Tahir Əliyevin üzərinə düşüb.
Açıq mənbələrdən götürülüb
Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir