Sosial

Azərbaycanın nə qədər vaksin ehtiyatı var?

12 Oktyabr, 2021
52

Ölkəyə yenə "Pfizer" vaksininin gətirilməsi nəzərdə tutulur
 
Bunu APA-ya açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
 
Nazir müavini bildirib ki, ilk olaraq ölkəyə 218 min doza “Pfizer” vaksini gətirilmişdi, sonradan 100 min doza da gətirilib: ""Pfizer" vaksininin yenə gətirilməsi nəzərdə tutulur. Bundan başqa, Azərbaycana ümumilikdə 12 milyon doza "SinoVac", 200 min doza "Sputnik V" vaksini gətirilib. Təxminən 82 min doza "AstraZeneca" peyvəndi də əlavə olaraq gətirilib".
 
Onun sözlərinə görə, ölkəyə yeni növ vaksin gətirilməsi gözlənilmir: "Ölkədə hələlik 4 növ vaksin istifadə olunur ki, bu da kifayətdir".
 
V. Qasımov qeyd edib ki, bu gün Bakıda fəaliyyət göstərən bütün peyvənd məntəqələrində boş yerlər var: "Əhali problem yaşamır. Əvvəl müəyyən qədər problem var idi. Məntəqələr az idi. Məntəqələrin sayı çoxalandan sonra heç bir problem yoxdur".
 
"Azərbaycanda 3 milyona yaxın vaksin ehtiyatı var. Əhalinin vaksinasiyası üçün kifayət qədər peyvənd məntəqəsi yaratmışıq”, - deyə nazirlik rəsmisi bildirib.

Sosial

Əri polis olan qadın: “Anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”

Aytac Məmmədli
19 Oktyabr 2021

Sosial Media

“Xəstəxanadan 3 gün olar çıxmışdım, zahı idim. Məni yerə yıxıb təpiklədi, anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”. Polis əri tərəfindən zorakılığa məruz qaldığını iddia edən F. Cənnətova “Toplum TV”-yə belə söyləyir. Daxili İşlər Nazirliyinin məlumatına görə, son dövrlər Azərbaycanda şiddətə məruz qalan qadınların sayı çoxalıb. Gün ərzində “102” qaynar xəttinə qadın zorakılığı ilə bağlı 100-ə yaxın zəng daxil olur. “Məni ölümlə hədələyir” Zorakılığa məruz qaldığını deyən o “100”-lərdən biri də F. Cənnətovadır. 22 yaşlı qadın 3 uşaq anası olmaqla yanaşı Xəzər universitetinin 5-ci kurs tələbəsidir. Onun sözlərinə görə, uzaq qohumu olan həyat yoldaşı Fuad Cənnətovla...
Sosial

Elnur Əşrəfoğlu vəfat etdi

19 Oktyabr 2021

Sosial Media

Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəfat edib. Bu barədə jurnalistin bir müddətdir müalicə olunduğu "Yeni Klinika"dan məlumat verilib. Koronavirusa yoluxmuş jurnalist Elnur Əşrəfoğlu vəziyyəti pisləşdiyindən ECMO aparatına qoşulmuşdu. 47 yaşlı jurnalistin sonuncu iş yeri Azərbaycan Cüdo Federasiyası olub. O, Federasiyasının baş katibinin müavini, eyni zamanda, idman qurumunun mətbuat xidmətinin rəhbəri olub.
Seçilmiş Videolar