Sosial

Azərbaycanlılar xaricdə ən çox hansı sahələr üzrə təhsil alır? 

10 Avqust, 2022
977

Açıq mənbələrdən götürülüb

Xaricdə təhsil üzrə qalib olanların 67 faizini kişilər, 33 faizini qadınlar təşkil edir.

APA xəbər verir ki, bunu 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib. 

Onun sözlərinə görə, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı 80 nəfər bakalavr, 149 nəfər magistr təhsil səviyyəsi üzrə 229 proqram iştirakçısı qalib adına layiq görülüb..

Rəsmi deyib ki, yaxın gələcəkdə digər nəticələr də açıqlanacaq:

"İl ərzində 80 bakalavr, 320 magistratura səviyyəsi üzrə proqram iştirakçısı seçilməlidir. Hazırki kvotaya münasibətdə 80 bakalavr təhsil sahəsi üzrə tam dolub, magistratura səviyyəsi üzrə isə kvotanın tam dolmaması müəyyən olunub. Avqust ayının 10-dan 25-nə qədər müvafiq təhsil səviyyəsi üzrə sənəd qəbulu yenidən elan edilir”.

https://toplum.tv/multimedia/tehsil-naziri-gender-balansi-haqqinda-biz-patriarxal-cemiyyetde-yasayiriq

Turan Topalova həmçinin bildirib ki, ən çox müraciət olunan ölkələr siyahısında Türkiyə, Böyük Britaniya, ABŞ, Çexiya və İtaliya yer alır. Ən çox müraciət olunan ixtisaslar isə mühəndislik, iqtisadiyyat, informasiya texnologiyaları, təhsil və maliyyədir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo