açıq mənbədən götürülüb
Bakıda gecə klubunda baş verən partlayışdan sonra yaranan birgə komissiyanın fəaliyyəti çərçivəsində “Azəriqaz” İstehsalat Birliyinin abonenti olan 1 500-dək sənaye obyektinə baxış keçirib.
Bunu "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 356 halda nöqsan aşkarlanıb. “Nöqsanlar tikinti norma və qaydalarının və layihə-smeta sənədlərin qaydalarının tələblərin pozuntusu ilə əlaqədardır. Bu hallar Bakı və Abşeron rayonunu əhatə edir” – “Azəriqaz” rəsmisi bildirib.
İlkin Behbudov əlavə edib ki, 274 halda qaz sayğacları çıxarılıb və qaz infrastrukturu plomblanıb, digər 82 halda qaz sayğacları saxlanılma şərti ilə qaz infrastrukturu plomblanıb.
İlkin Behbudov artıq regionlarda da yoxlamalara da başlanıldığını vurğulayıb.
Mənbə:APA
açıq mənbədən götürülüb
Wikipedia
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır