Sosial

“Azərsu” Şəkidəki zəhərlənmə barədə: Su təmizdir

21 İyul, 2022
178

Açıq mənbələrdən götürülüb

“Azərsu” QSC-nin sözçüsü Anar Cəbrayıllı suyun bakterioloji nəticələrini də açıqlayıb.  
 
"Bizim verdiyimiz suda həm fiziki-kimyəvi, həm də bakterioloji göstəricilər standartlar çərçivəsindədir. Həmin əraziyə verilən su təmizdir", - deyə qurumdan verilən məlumatda bildirilib.

İyulun 19-da xəbər yayılıb ki, Şəkidə məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində kütləvi zəhərlənmə baş verib. Eyni gündə qəsəbədə 41 nəfəri yetkinlik yaşına çatmayan olmaqla, 58 nəfər sakin qusma, qızdırma və ishal əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib. 

https://toplum.tv/multimedia/isiqsiz-qazsiz-susuz-qalan-seki-ziyalisi

Qəsəbə sakinlərinin "Toplum TV"-yə dediyinə görə, zəhərlənənlərin sayı açıqlanan rəqəmdən daha çoxdur: "Sudan zəhərlənən yüzlərlə xəstə var. Zəhərləndiyi deyilən 58 nəfər qəsəbə xəstəxanasının qəbul edə bilmədiyi xəstələrdir ki, rayon xəstəxanasına göndərilib".

“Azərsu” bu gün suyun təmiz olduğu barədə açıqlama yaysa da, insanların su içdikdən sonra niyə özlərini narahat hiss etmələrinə aydınlıq gətirməyib. 

Sosial

Koronavirusa son sutkada yoluxma sayı açıqlandı

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirusa daha 520 yeni yoluxma qeydə alınıb, 518 nəfər müalicə olunaraq sağalıb. Bu barədə avqustun 12-də Operativ Qərargahdan məlumat verilib.  Bildirilib ki, sutka ərzində koronavirusdan ölən olmayıb. Ölkədə indiyədək ümumilikdə 804 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 791 203 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir. Ölkədə son sutka ərzində 3 446, hazırkı dövrədək isə 7 088 294 test aparılıb.
Sosial

Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq

Roza Məmmədova
12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Mədəniyyət Nazirliyi müsaqibələrdə qalib gələn film ssenarilərinin istehsalata buraxılmamaması ilə əlaqədər tənqidlərə cavab verib. Nazirlikdən “Toplum TV”-nin sorğusuna bildirilib ki, film layihələri aktuallığını itirdiyi üçün ekranlaşdırılmayıb. 2019-cu ilin martında prezident İlham Əliyev Mədəniyyət Nazirliyinə film sahəsinin inkişafı üçün 5 milyon manat ayırıb. Sərəncama əsasən, bu vəsait dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığını dəstəkləməyə xərclənməli idi. Mədəniyyət Nazirliyi hər il bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsi elan edir. Ancaq naməlum səbəblərdən müsabiqələrdə qalib gələn ssenarilər sonra ekranlaşdırılmayıb. https://toplum.tv/multimedia/rejissorlar-kinoya-ayrilan-pullar-hardadir Bir neçə tammetrajlı bədii film isə istehsalata buraxılsa da, sonradan hansısa səbəblərdən iş dayanıb. 2019-cu ildə müsaqibədə qalib gələn...

Seçilmiş Videolar

Toplum TV loqo