Sosial

Bakı əhalisinin sayı açıqlandı

22 Sentyabr, 2021
95

Sosial Media

Bakı şəhər Statistika İdarəsi 2021-ci ilin əvvəlində qeydə alınan paytaxt əhalisinin sayını açıqlayıb.

Bakı şəhər Statistika İdarəsinin məlumatına görə, cari ilin əvvəlinə Bakı əhalisinin sayı 2 300,5 min nəfər təşkil edib. Bu, illik ifadədə 7,5 min nəfər və ya 0,3% çoxdur.

Əhalinin sıxlığına gəldikdə, ilin əvvəlində paytaxtın 1 kv. km ərazisinə 1 075 nəfər düşüb.

Proqnozlara görə, 2040-cı ildə paytaxt əhalisinin sayı 3,17 mln. nəfərə çatacağı gözlənilir.

Ərazisi 2,14 min kv. km təşkil edən Bakı şəhərinin 12 rayonu və 59 qəsəbəsi mövcuddur.

Sosial

Əri polis olan qadın: “Anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”

Aytac Məmmədli
19 Oktyabr 2021

Sosial Media

“Xəstəxanadan 3 gün olar çıxmışdım, zahı idim. Məni yerə yıxıb təpiklədi, anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”. Polis əri tərəfindən zorakılığa məruz qaldığını iddia edən F. Cənnətova “Toplum TV”-yə belə söyləyir. Daxili İşlər Nazirliyinin məlumatına görə, son dövrlər Azərbaycanda şiddətə məruz qalan qadınların sayı çoxalıb. Gün ərzində “102” qaynar xəttinə qadın zorakılığı ilə bağlı 100-ə yaxın zəng daxil olur. “Məni ölümlə hədələyir” Zorakılığa məruz qaldığını deyən o “100”-lərdən biri də F. Cənnətovadır. 22 yaşlı qadın 3 uşaq anası olmaqla yanaşı Xəzər universitetinin 5-ci kurs tələbəsidir. Onun sözlərinə görə, uzaq qohumu olan həyat yoldaşı Fuad Cənnətovla...
Sosial

Elnur Əşrəfoğlu vəfat etdi

19 Oktyabr 2021

Sosial Media

Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəfat edib. Bu barədə jurnalistin bir müddətdir müalicə olunduğu "Yeni Klinika"dan məlumat verilib. Koronavirusa yoluxmuş jurnalist Elnur Əşrəfoğlu vəziyyəti pisləşdiyindən ECMO aparatına qoşulmuşdu. 47 yaşlı jurnalistin sonuncu iş yeri Azərbaycan Cüdo Federasiyası olub. O, Federasiyasının baş katibinin müavini, eyni zamanda, idman qurumunun mətbuat xidmətinin rəhbəri olub.
Seçilmiş Videolar