Bakı gələn mövsüm “Formula 1” sprint yarışı keçirmək niyyətindədir
açıq mənbədən götürülüb
Növbəti mövsüm təklif olunan altı sprint yarışından biri Bakıda keçirilə bilər.
“Reuters”in məlumatına görə, bu barədə mayın 16-da "Formula 1" üzrə Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov jurnalistlərə müsahibə verib.
"Mən sprint yarışlarını çox sevirəm, bu yarışlar oyunlara daha çox həyəcan qatır”, - deyən promouter iyunun 12-də keçiriləcək “Formula 1” ilə bağlı müzakirənin gündəmində bu məsələnin də olduğunu bildirib.
“Gələn il sprint yarışını Bakıda keçirməkdən şad olaram. Ümid edirəm ki, 6 yarışdan biri Bakıda keçiriləcək.
Mən bu ideyanın qızğın tərəfdarıyam. Yeniliklərin müsbət təsir edəcəyini düşünürəm. Əks təqdirdə oyunlar darıxdırıcı olur, insanlar eyni formata çox öyrəşir və sonra maraqlarını itirirlər”, - deyə o bildirib.
Ötən il Bakıda keçirilən “Formula 1” yarışı COVID-19 pandemiyası səbəbindən tamaşaçısız keçirilib.
A.Rəhimov açıqlaması zamanı sprint yarışlarının “Formula 1”ə marağı artıracağını bildirib:
"Biz elə bir bazarıq ki, azarkeşlərin çoxu idman mövzularında o qədər də savadlı deyil. İki yarışın olacağı elan olunanda şübhəsiz ki, şənbə günü oyunu izləyənlərin sayı artacaq”.
Komandalar və kommersiya hüququnun sahibi “Liberty Media” razılıq versə də, “Formula 1” hələ növbəti ildə keçiriləcək altı sprint yarışını təsdiqləməyib, çünki idarəedici Beynəlxaq Futbol Federasiyası (FIA) məsələnin hərtərəfli nəzərdən keçirilməsinə çağırıb.
Arif Rəhimov Azərbaycanın keçmiş gənclər və idman naziri Azad Rəhimovun oğludur.
“Formula 1” sprint yarışları nə ilə seçilir?
Sprint yarışları 25-30 dəqiqəlik mini yarışlardır. Pit-stop etmək məcburiyyəti olmadığı üçün sürücülər fasiləsiz yarışırlar, buna görə də yarışlar sprint adlanır.
Pilotlar yarışa istədikləri təkərlə başlaya bilir və orta hesabla 20 dövrə üçün damalı bayrağa qədər tam qazla yarışırlar.
2022-ci ildə üç sprint yarışı həftəsonuna planlaşdırılıb, birincisi ötən ay İtaliyanın Lmola şəhərində baş tutub, digər ikisi isə Avstriya və Braziliyada baş tutacaq.
Format cümə günü rəsmi poul mövqeyinə (grid sahəsində öndə dayanan avtomobillər) vəsiqə qazanır, şənbə günü yarış baş tutur, bazar günü qran-pri üçün grid (avtomobillərin startda sıralanma sahəsi) təyin etmək nəzərdə tutulur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür