REUTERS
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Məlumatın mayın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Məlumata görə, ötən sutka ərzində ölən olmayıb.
İndiyədək Azərbaycanda ümumilikdə 792 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 917 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 47 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 966, bu günə qədər isə ümumilikdə 6 855 188 test icra olunub.
Toplum Tv
Saatlının Əliabad kəndindən reportaj
Saatlının Əliabad kəndinə gedən mikroavtobus Sabirabad bazarının yaxınlığında bazardan çıxanları gözləyir. Səhərdən bazara məhsul gətirmiş əliabadlıların indi yükü giley-güzardır.
Kənd sakinləri gileylənir ki, bazarda qiymətlər od tutub yansa da, onların malları ucuz alınır.
Toplum Tv
Kənd sakini Nazim kişi deyir ki, yol uzaq olduğundan, üstəlik də kəndə avtobus həftədə cəmi bir gün işlədiyindən mallarını bazarda sata bilmirlər, dəyər-dəyməzinə alverçilərə verməli olurlar.
“Alverçilər malı çox ucuza götürürlər. 4 manata vermək istədiyim malı 3 manata götürürlər ki, özümüz 3.50-yə veririk. Üstəlik də hər dəfə malın azı 100 qramı havayı gedir”.
Ağartı məhsulları satmaqla dolanan kəndlilərdən biri söhbətə qoşulub...