Sosial

Bakı sakini: "Keçidlərin əksəriyyəti təkərli kürsüdən istifadə edənlər üçün əlverişli deyil"

Sənan İsmayıl
18 May, 2022
162

Azərbaycanda, xüsusən də, paytaxt Bakıda tikilən bir sıra yeraltı və yerüstü keçidlərdə panduslar yoxdur. Bəzi keçidlərdə isə qoyulan panduslar standartlardan kənar olduğu üçün istifadəsi çətindir və ya mümkunsüzdür.

Bakı sakinləri şəhərin infrastrukturunda azmobilli hesab olunan vətəndaşların nəzərə alınmadığından gileylənir.

Ekspertlər də problemin ən qısa zamanda həll edilməli olduğunu deyir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yeni tikilən keçidlərdə bu məsələnin diqqətə alındığını bildirir.

Sosial

Nazirlik Roza Zərgərlinin oğulluğuna niyə ev verib?

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Roza Zərgərlinin övladlığa götürdüyü deyilən Corc Qafarovun dövlət tərəfindən evlə təmin olunması sosial mediada geniş müzakirələrə səbəb olub. Bundan sonra Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov açıqlama verib.  Rəsmi APA-ya açıqlamasında bildirib ki, nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir. "İndiyə qədər də yüzlərlə internat məzunu evlə təmin edilib, proses də davam edir", - deyə o sözlərinə əlavə edib.  "Rəsmi olaraq da, sözügedən vətəndaşımızın övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb. Aidiyyəti dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də,...
Sosial

Məhkəmə Hüquq Şurası: “Qadınların sayı ilə bağlı qanunda xüsusi kvota yoxdur"

Samirə Əli
6 İyul 2022
Əvvələr qadınlar hakim korpusunun 17 faizini təşkil edirdisə, indisə bu faizin 20-ə qalxdığı bildirilir.  Bu barədə "Toplum TV"-yə Məhkəmə Hüquq Şurasından bildirilib.  Prezident İlham Əliyevin bu ilin iyulun 1-də imzaladığı sərəncama görə, 39 nəfər yeni nəsil hüquqşünas hakim vəzifəsinə təyin edilib.  Bunlardan 23-ü qadın, 16-sı kişi olub.  “Qadınların sayının artırılması ilə bağlı qanunvericilikdə xüsusi kvota yoxdur. Sadəcə, qadınlar son dövrlərdə seçim proseslərində daha aktiv iştirak edirlər”, - deyə qurumdan əlavə edilib.  Təyinatdan sonra Azərbaycanda ümumilikdə 565 hakim var.  Bunlardan 453-ü kişi, 112-si qadındır.  

Seçilmiş Videolar

Toplum TV loqo