Sosial

Bakı Tikiş Evinin önündə izdiham: valideynlər etiraz edirlər 

Vüsalə Mikayıl
5 Sentyabr, 2022
1437

Toplum TV

Yeni dərs ilinə hazırlaşan valideynlər bu gün, sentyabrın 5-də Bakı Tikiş Evinin (BTE) qarşısında izdiham yaradıblar.  
 
Valideynlər Toplum TV-yə deyiblər ki, məktəbli forması almaqda çətinlik çəkirlər.  
 
Buna səbəb Nazirlər Kabinetinin məktəbli formalarının tətbiq edilməsi ilə bağlı qərarıdır. Belə ki, bu ilin martın 17-də Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında” qərar imzalayıb.  
 
Qərarda məktəblər üçün nəzərdə tutulmuş 4 rəngdə (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), açıq-qəhvəyi) geyim formasının nümunəsi təklif olunub.  

https://toplum.tv/multimedia/sikayetci-icra-bascisinin-tehdidi-ile-istefa-erizemi-yazdim
 
Bu işin icrası ilə yalnız Bakı Tikiş Evi məşğul olur. Bu da Bakı Tikiş Evinin önündə sıxlığa səbəb olub.  
 
Bakı Tikiş Evində məktəbli formaları artıq avqustun 17-dən satışa çıxarılıb.  
 
Valideynlər isə hesab edirlər ki, şəhərin müxtəlif yerlərindən gələn valideynlərin əsas istəyi məktəbli formalarının digər satış mərkəzlərinə də çıxarılmasıdır. 
 
Nazirlər Kabinetinin qərarına görə isə təhsilalanların geyim forması qış və yay formalarından ibarətdir.  
 
Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək, oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar.  
 
Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket, oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.  
 
Məktəblərin sifarişi əsasında bu qərarda göstərilən rənglərdən və modellərdən istifadə olunmaqla müxtəlif dəstlər hazırlana bilər. Hər məktəbdə yalnız bir geyim forması dəsti tətbiq edilir.  

https://toplum.tv/sosial/sikayetci-veli-nagiyev-dedi-ki-get-630-min-manati-getir
 
BTE-nin Satış şöbəsinin müdiri Etibar Əzimov AZƏRTAC-a deyib ki, Bakı Tikiş Evində (BTE)  ancaq iki rəngdə (ağ köynək, göy şalvar və ətək) və (mavi köynək, boz şalvar, ətək) məktəbli forması tikilir və satışa çıxarılıb: “Məktəbli formalarının  bütün ölçüləri üçün ətək və şalvarların qiyməti 25 manat, uzunqol və qısaqol köynəklərin qiyməti isə 14 manatdır. Valideynlər hələ ki, BTE-nin satış mağazalarına yaxınlaşaraq məktəbli formalarının nümunələrindən əldə edə bilərlər. Sonrakı günlərdə isə məktəbli formaları digər ünvanlarda satışa çıxarılacaq. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”. 
 
Elm və Təhsil Nazirliyindən Toplum TV-yə bildirilib ki, köhnə formaların tətbiqi 2023-cü ilinin sonunadək davam edə bilər: “Nazirlər Kabinetinin qərarına əsasən, məktəblərdə yeni formaların tətbiqi 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo