Sosial

Bakıda 7,5 km uzunluqda velosiped yolu inşa ediləcək

28 Aprel, 2021
1222

Sosial Media

Şəhərin mərkəzi və Bulvar ərazisini əhatə edən 7,5 km uzunluğunda velosiped yolunun inşası layihələndirilib.

Bunu aprelin 28-də Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yolun tikintisinin 2021-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Bakı şəhərinin Baş Planında nəzərdə tutulan velosiped yol şəbəkəsinin uzunluğu 2027-ci ilədək 63,5 km, 2040-cı ilədək 251,2 km olacaq (APA). 

Sosial

Zorla ərə verilən 17 yaşlı qız sığınacağa yerləşdirilib

29 Sentyabr 2022

Rəsmi səhifə

Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar təsdiqini tapıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial media hesabında məlumat verib.  "Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı  sosial şəbəkələrdə yayılan iddialar təsdiqini tapıb. İddialar nəzarətə götürülməklə araşdırılıb. Məcburi olaraq öz qohumu ilə ailə qurmağa vadar edilən A.A. polis əməkdaşları tərəfindən müvafiq sığınacağa yerləşdirilib. Qarşı tərəf dəvət olunub, dinlənilib, izahatları alınıb. Araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub. 
Sosial

Rusiyanı tərk edən vətəndaşlar – “Rusiya? Vətən? O nədir? Əvvəlcədən çıxmaq lazımıydı”

29 Sentyabr 2022

Sosial Media

Rusiya-Gürcüstan sərhədindəki tıxac sentyabrın 27-də 20 kilometrdən çox uzanırdı. Səfərbərlikdən qurtulmağa çalışan rusiyalılar ölkədən çıxmaq üçün günlərini sərf edirlər. Eyni zamanda Şimali Osetiya hakimiyyəti sərhəddə hərbi komissarlığın səfərbərlik məntəqəsini yaradıb. “Meduza”nın xahişinə əsasən jurnalist Vladimir Sokolov rusiyalıların öz avtomobillərini ataraq Yuxarı Lars nəzarət-buraxılış məntəqəsini (NBM) keçmələri barədə danışır. Materialı azərbaycan dilində Toplum TV oxucularına təqdim edirik. Sanki möhürü qırdılar Tbilisi  aeroportunda qohumların və taksi sürücülərinin gələnləri  qarşıladığı zonada 40 yaşlı qadın və iki oğlu duraraq çaşqın-çaşqın ətrafa göz gəzdirirlər. Üçü də havaya uyğun geyinməyib, Tbilisidəki 18+ hərarət üçün şərf və gödəkçələri çox qalındır. Valentina uşaqları ilə - birinin 13, digərinin...

Seçilmiş Videolar

Toplum TV loqo