Sosial

Bakıda 739 şagird və 466 müəllim koronavirusa yoluxub

7 Aprel, 2021
35

Sosial Media

“Martın ortalarında başlayaraq koronavirusa yoluxma sayının artması 5 şəhər və rayonda distant təhsilə keçilməsi ilə bağlı Təhsil Nazirliyinin qərar verməsinə şərait yaratdı”.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, artıq aprelin 5-dən bu proses başlayıb: “Artıq distant təhsillə əlaqədar müəyyən ənənələr var. Əyani təhsilə keçid mərhələsinin nə zaman olması barədə dəqiq məlumat verməsək də, arzulayaq ki, bu, tez bir zamanda həyata keçirilə bilsin”.

M.Vəliyeva bildirib ki, Bakı məktəbləri üzrə ümumilikdə 1086 şagird və 695 müəllim koronavirus yoluxub: “Onlardan 739 şagird və 466 müəllim son 14 gündə koronavirusa yoluxub. Buna görə düşünürəm ki, atılan addım doğru qərardır" (APA).

Sosial

Son sutkada nə qədər insan peyvənd olunub?

10 Aprel 2021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.
Sosial

Koronavirusa bugünkü yoluxma sayı açıqlandı

10 Aprel 2021

Heinrich-Böll-Stiftung

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir. Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3 005 197 test aparılıb.
Seçilmiş Videolar