Sosial

Bakıda 8 mart aksiyası zorakılıqla dağıdıldı - Yenilənib

8 Mart, 2021
288

Toplum TV

Bugün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakının mərkəzində aksiya keçirməyə cəhd edən fəallar bəyanatla çıxış ediblər. 

Toplum.TV-nin məlumatına görə, feminist fəallar Azərbaycanda ilboyu baş verən qadın qətllərinə, qadın intiharlarına, gender ayrı-seçkiliyinə və pandemiya dövründə hökumətin həssas qrupları qorumaq üçün heç bir əməli addım atmamasına etiraz etdiklərini bildiriblər. 

"Dövlət patriarxal dəyərləri təbliğ edir və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün heç bir ciddi addım atmır. Bunları nəzərə alaraq bəyan edirik: ifadə azadlığımızın və sərbəst toplaşmaq azadlığımızın qarşısını heç bir qüvvə ala bilməz. Patriarxat məhv olana qədər biz öz mübarizəmizi davam etdirəcəyik. Biz yürüş iştirakçıları dövlətdən tələb edirik: İstanbul Konvensiyası qəbul edilsin!" - deyə, bəyanatda vurğulanıb. 

Videoya baxmaq üçün tıklayın: 8 Mart yürüşünün iştirakçıları bəyanat yaydı

***

Bu gün bir qrup fəalın Bakının mərkəzində keçirmək istədiyi aksiyanın qarşısı alınıb.

"Toplum.TV"-nin verdiyi xəbərə görə, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Fəvvarələr Meydanında aksiya keçirməyə cəhd edən fəallara hüquq mühafizə orqanlarının əməkdaşları sərt müdaxilə edib. 

Polis fəalları zorla xidməti avtomobillərə mindirərək aksiya yerindən uzaqlaşdırıb. 

"Toplum.TV"-nin hadisə yerində olan müxbirinin məlumatına görə, təxminən 20-dən çox aksiya iştirakçısı saxlanılıb. Saxlanılan şəxslərin bir qrupunun kimliyi məlum olub: 

1. Aysel Umudova 
2. Aytac Ağazadə
3. Cəmilə Quliyeva
4. Gülnarə Mehdiyeva 
5. İlahə İsgəndər
6. İzolda Ağayeva
7. Nərmin Heydərgil
8. Nərmin Şahmarzadə
9. Nərgiz Absalamova 
10. Jalə Bayramova 
11. Rəbiyyə Məmmədova 
12. Sevgi İsmayılbəyli 
13. Sevinc Səmədzadə
14. Səbinə Rəhimova
15. Şərqiyyə Heydərova
16. Vəfa Nağı
17. Aytac Tapdıq
18. Zəhra Kələntərova
19. Səadat Abdullazadə
20. Aygün Aslanlı
21. Ayla Əhədova
22. Namiq Abdullayev
23. Sənay Yağmur
24. Zümrüd Yağmur
25. Samir Bayramov

Daxili İşlər Nazirliyi isə rəsmi açıqlama yayaraq bildirib ki, aksiya zamanı saxlanılan olmayıb. "Qabaqcadan edilmiş xəbərdarlığa baxmayaraq, aksiya keçirməyə cəhd edən şəxslərin ərazidən uzaqlaşdırılması təmin edilib", - DİN-in açıqlamasında bildirilib. 

Hazırda paytaxtın mərkəzinə çox sayda polis cəlb olunub.
 

Sosial

Son sutkada nə qədər insan peyvənd olunub?

10 Aprel 2021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.
Sosial

Koronavirusa bugünkü yoluxma sayı açıqlandı

10 Aprel 2021

Heinrich-Böll-Stiftung

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir. Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3 005 197 test aparılıb.
Seçilmiş Videolar