Sosial.media
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 106 nömrəli tam orta məktəb fəaliyyətini distant təhsil formasında davam etdirəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən martın 3-də verilən xəbərə görə, 106 nömrəli tam orta məktəbdə 2 nəfər laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər direktor müavininin COVID-19 testi pozitiv çıxıb.
Bu səbəbdən Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
Bildirilib ki, məktəbin fəaliyyəti 7 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.
Bakının Nərimanov rayonunda yerləşən 82 saylı məktəb də koronavirus səbəbindən karantinə bağlanmışdı.
Heinrich-Böll-Stiftung
İlkin versiyaya görə, Nihad Əliyev özü özünü vurub
Jurnalistin həyat yoldaşı: “Məni intim görüntülərimi yaymaqla şantaj edirlər”
Aygün Əliyeva AZƏRTAC-dan niyə çıxarılıb?
Ermənistanın Baş qərargah rəisi Aprel döyüşləri və “İsgəndər” raketi barədə
ABŞ-ın Dövlət katibindən Şəhla Hümbətova ilə bağlı çağırış