Business Standart
Bakıda dəm qazından boğulan 5 nəfərdən 4-ü tələbədir.
Bu barədə fevralın 23-də məlumat verilib.
Məlumata görə, ölənlərdən ikisi - Atilla və Lətif Əliyev qardaşları Azərbaycan Texniki Universitetinin tələbələridir. Şikar və İnkişaf Allahverdiyev qardaşları isə başqa bir ali təhsil müəssisəsində oxuyurmuş. Onlar həmin evdə kirayədə yaşayırmışlar. Onlarla birgə dəm qazından boğulan Natiq Səfərov isə həmin evdə usta işləyirmiş.
Bu gün saat 14 radələrində Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfər şəxsin meyiti aşkar olunub.
Araşdırmalarla müəyyən olunub ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
BBC
Müharibədən zərərçəkmiş şəxs: “Pul ayrılıb, amma İcra Hakimiyyəti vermir”
Sosial media
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”