Bakıda etiraz aksiyası keçirən tələbələr saxlanıldı YENİLƏNİB
19:29
Əhməd Məmmədlinin "Toplum TV"-yə verdiyi məlumata görə, o, metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığındakı boş ərazidə sərbəst buraxılıb.
Fəal fiziki və psixoloji təzyiqə məruz qaldığını bildirir.
***
18:30
Saxlanılan fəallardan Tükəzban Qasımovanın verdiyi məlumata görə, o, Rüstəm İsmayılbəyli, Rəvan Axundov və Fərid Cabbar İçərişəhərdəki 9 saylı polis bölməsindən sərbəst buraxılıblar. Əhməd Məmmədli isə Bakı şəhər Baş Polis İdarəsinə gətirilib.
***
18:10
DİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşad Hacıyevin "Toplum TV"-yə verdiyi məlumata görə, tələbələr saxlanılmayıb, sadəcə ərazidən uzaqlaşdırılıblar.
Tələbələr isə telefonlara cavab vermirlər.
***
16:08
Bu gün Tələbə Güc Mərkəzinin təşkilatçılığı ilə bir qrup tələbə saat 16:00-da İqtisad Universitetinin qarşısında etiraz aksiyası keçirib.
"Toplum.TV"-nin məlumatına görə, aksiya zamanı polis etirazçı tələbələrdən bəzilərini saxlayıb.
Saxlananlar arasında Əhməd Məmmədli, Rəvan Axundov, Fərid Cabbar, Tükəzban Qasımova və Rüstəm İsmayılbəylinin olduğu bildirilir. Onların hansı polis bölmələrinə aparıldığı barədə məlumat verilməyib.
İqtisad Universitetin rəhbərliyinə etiraz edən tələbələrin əsas tələbi semestr imtahanlarının keçirilməsi qaydalarında düzəliş edilməsi, tələbələrin tam şəkildə test sualları və cavabları ilə təmin edilməsi, etiraz etdikləri üçün töhmət alan tələbələrin töhmətlərinin silinməsi, təhdid edilən tələbələrdən üzr istənilməsi və tələbələrin imtahan nəticələrinin ədalətli qiymətləndirilməsi üçün apellyasiya komissiyalarının şəffaf fəaliyyət göstərməsidir.
Etirazçıların əsas şüarı isə "Tələbəyə Ədalət!"dir.
açıq mənbədən götürülüb
Getty Images
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”