Sosial

Bakıda gənc fəallar aksiya keçirdi, saxlanılanlar var

13 Oktyabr, 2021
73

Sosial Media

Oktyabrın 13-də NİDA və D18 Hərəkatının bir sıra gənc fəalları Yeni Azərbaycan Partiyasının keçmiş qərargahının yerləşdiyi binanın qarşısında aksiya keçiriblər.
 

Bu barədə "Turan" informasiya agentliyi xəbər yayıb.
 
Məlumata görə, gənc fəallar Azərbaycanda AXCP üzvləri Niyaməddin Əhmədovun və Fuad Əhmədlinin, o cümlədən jurnalist, ictimai fəal Anar Abdullanın, eləcə də digər siyasi məhbusların həbsinə etiraz ediblər.
 
Aksiya iştirakçıları “Rədd olsun irtica!”, “Yaşasın Cümhuriyyət!” şüarları səsləndiriblər.
 
Hadisə yerinə gələn polis gənc fəalları saxlayaraq, polis bölmələrinə aparıb. Bu barədə saxlanılanlardan biri – Rüstəm İsmayılbəyli öz "Facebook" səhifəsində yazıb.
 
DİN isə heç kimin saxlanılmadığını, sadəcə olaraq aksiya iştirakçılarının ərazidən uzaqlaşdırıldığını bildirir.

Sosial

Əri polis olan qadın: “Anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”

Aytac Məmmədli
19 Oktyabr 2021

Sosial Media

“Xəstəxanadan 3 gün olar çıxmışdım, zahı idim. Məni yerə yıxıb təpiklədi, anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”. Polis əri tərəfindən zorakılığa məruz qaldığını iddia edən F. Cənnətova “Toplum TV”-yə belə söyləyir. Daxili İşlər Nazirliyinin məlumatına görə, son dövrlər Azərbaycanda şiddətə məruz qalan qadınların sayı çoxalıb. Gün ərzində “102” qaynar xəttinə qadın zorakılığı ilə bağlı 100-ə yaxın zəng daxil olur. “Məni ölümlə hədələyir” Zorakılığa məruz qaldığını deyən o “100”-lərdən biri də F. Cənnətovadır. 22 yaşlı qadın 3 uşaq anası olmaqla yanaşı Xəzər universitetinin 5-ci kurs tələbəsidir. Onun sözlərinə görə, uzaq qohumu olan həyat yoldaşı Fuad Cənnətovla...
Sosial

Elnur Əşrəfoğlu vəfat etdi

19 Oktyabr 2021

Sosial Media

Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəfat edib. Bu barədə jurnalistin bir müddətdir müalicə olunduğu "Yeni Klinika"dan məlumat verilib. Koronavirusa yoluxmuş jurnalist Elnur Əşrəfoğlu vəziyyəti pisləşdiyindən ECMO aparatına qoşulmuşdu. 47 yaşlı jurnalistin sonuncu iş yeri Azərbaycan Cüdo Federasiyası olub. O, Federasiyasının baş katibinin müavini, eyni zamanda, idman qurumunun mətbuat xidmətinin rəhbəri olub.
Seçilmiş Videolar