Sosial

Bakıda məcburi köçkünlərlə bir gün  - “O, “Ağıllı kəndlər” deyirlər ha...”

Vüsalə Mikayıl
6 Yanvar, 2022
2089

Toplum TV

Sürəyya xala Ağdamdan məcburi köçkündür. 20 ildir Xətai rayonu, Əhmədli qəsəbəsi, General Əliağa Şıxlınski 24 ünvanında yerləşən 29 saylı bağçada məskunlaşıb. O, bir neçə aydır həyətdə kiçik bir piştaxta qoyub mələfə, yorğan-döşək üzü satır.

Sürəyya xala deyir ki, evdə işləyən yoxdur, satışdan gələn gündəlik 3-5 manatla çətinliklə də olsa dolanırlar: “Yoldaşım işləmir. 65 yaşına keçib hələ də pensiya almır. Səhər tezdən durub gedir. Ordan-burdan dəmir yığıb satır. O da həmişə olmur”.

Toplum TV


-Ağdamda olanda da alverlə məşğul idiz?

-Yox. Burda işsizlikdən nəsə satıram, çörək tapmırıq, onun dərdindən açmışıq. Camaat çox acınacaqlı vəziyyətdə yaşayır. Aldıqlarımızın da xeyir-bərəkəti qalmayıb. Yenə camaat sağ olsun, gəlib 3-dən 5-dən alırlar. Ağdamda evim, maşınım, atım, 10 baş inəyim vardı.

Sürəyya xala Ağdamın nə vaxtsa geri qayıdacağına inanmadığını da söyləyir: “Şəhidlərin qanı bahasına alındı. Allah vətənimizə, oğlanlarımıza dəyməsin”.

Toplum TV

Onun sözlərinə görə, bir müddət öncə icra nümayəndəsi ərazidə olub və köçkünlərin işğal olunmuş ərazilərə qaytarılması ilə bağlı qeydiyyat aparılıb.

“Gəldilər, hamımızın adını götürdülər. Nəyimiz olub, neçə baş mal-qaramız var idi, hamısını yazdılar. O, “Ağıllı kəndlər” deyirlər ha, bax, ora köçürəcəklərini dedilər”.

O səbrsizliklə Ağdama qayıdacağı günü gözlədiyini deyir: “Niyə istəməyək ki? Mən elə hər gün yatıb-durub dua edirəm ki, oranın havasını udmadan ölməyim”.

Caption

Sürəyya xala burada hərənin bir dərdi olduğundan danışır. Əli ilə yandakı lavaş, çörək satılan kiçik mağazanı göstərir: “Bax, bu yazıq hər gün zülm çəkir, lavaş yayıb satır. 3 nəfər adam bir otaqda yerləşiblər. Bir oğlu var, evləndirə bilmir. Dayan bir çağırım, özü danışsın. Ay,Teyyubə...”

Teyyubə xala gələnə qədər yaxınlıqdakı uşaq bağçasının yan-yörəsinə baxıram. Ərazidə yarı dəmir, yarı taxta lövhələrlə ətrafı hasarlanmış kiçik daxmalar var. Sürəyya xalanın dediyinə görə, orada Laçından, Cəbrayıldan köçkünlər məskunlaşıb.

Toplum TV

Teyyubə xala də vəziyyətin acınacaqlı olduğundan gileylənir. Ümidi isə Ağdama qayıdandan sonra hər şeyin düzəlməsinədir. Düklanı kimsəsiz buraxdığından söhbəti qısa çəkir.

Burda olduğum müddətdə Sürəyya xala məni tək qoymur. Bu dəfə Çiçək Həsənovanın qapısını döyürük. Balaca bir daxmadır, qapısının rəngi solub, ordan dövlət bayrağı asılıb.

Toplum TV

Çiçək Həsənova da Ağdam rayonundandır. 63 yaşı var, II qrup əlil olduğunu deyir.

“Evdə 3 nəfərik. Yoldaşım, bir də ruhi xəstə bacım var. Bu ilin martında əlillik pensiyamı kəsdilər. Çox get-gəldən sonra sentyabrda yenidən bərpa etdilər. 6 ay pensiya ala bilmədim. Bronxial astmadan əziyyət çəkirəm”.

Onun istəyi isə Ağdama geri dönənədək daha yaxşı mənzillə təmin olunmaqdır: “Ora 2 ilə, 3 ilə gediləcəyi məlum deyil. Ona qədər heç olmasa daha yaxşı ev veesinlər. Özünüz görürsüz də hansı şəaraitdə yaşayırıq. Ev yağış yağanda damır”.

Toplum TV

Cəbrayıl rayonundan məcburi köçkün Lalə Mehdiyevanın əlil övladı olduğunu öyrənirəm: “Kiçik oğlum Qabil artritdən əziyyət çəkir. Bir dərmanı var, gərək onu hər gün içsin. Ərimdən boşanmamışdan qabaq çətinliklə də olsa dolanırdıq. İndi evin bütün yükü üstümdədir. Özüm də işsizəm, 22 yaşlı böyük oğlum da”.

Burada məskunlaşan köçkünlərin istəyi odur ki, onlara iş yeri və yaşamaq üçün daha yaxşı ev verilsin.

 

Sosial

Koronavirusa son sutkada yoluxma sayı açıqlandı

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirusa daha 520 yeni yoluxma qeydə alınıb, 518 nəfər müalicə olunaraq sağalıb. Bu barədə avqustun 12-də Operativ Qərargahdan məlumat verilib.  Bildirilib ki, sutka ərzində koronavirusdan ölən olmayıb. Ölkədə indiyədək ümumilikdə 804 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 791 203 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir. Ölkədə son sutka ərzində 3 446, hazırkı dövrədək isə 7 088 294 test aparılıb.
Sosial

Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq

Roza Məmmədova
12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Mədəniyyət Nazirliyi müsaqibələrdə qalib gələn film ssenarilərinin istehsalata buraxılmamaması ilə əlaqədər tənqidlərə cavab verib. Nazirlikdən “Toplum TV”-nin sorğusuna bildirilib ki, film layihələri aktuallığını itirdiyi üçün ekranlaşdırılmayıb. 2019-cu ilin martında prezident İlham Əliyev Mədəniyyət Nazirliyinə film sahəsinin inkişafı üçün 5 milyon manat ayırıb. Sərəncama əsasən, bu vəsait dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığını dəstəkləməyə xərclənməli idi. Mədəniyyət Nazirliyi hər il bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsi elan edir. Ancaq naməlum səbəblərdən müsabiqələrdə qalib gələn ssenarilər sonra ekranlaşdırılmayıb. https://toplum.tv/multimedia/rejissorlar-kinoya-ayrilan-pullar-hardadir Bir neçə tammetrajlı bədii film isə istehsalata buraxılsa da, sonradan hansısa səbəblərdən iş dayanıb. 2019-cu ildə müsaqibədə qalib gələn...

Seçilmiş Videolar

Toplum TV loqo