Açıq mənbələrdən götürülüb
Martın 13-dən etibarən Bakı və Abşeron rayonunda Novruz yarmarkaları açılacaq.
Bu barədə martın 12-də Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumata görə, Nərimanov, Binəqədi rayonları və Xırdalan (Abşeron) şəhəri ərazisində açılan "Kənddən-şəhərə" adlı yarmarkalar martın 19-na qədər sakinlərin xidmətində olacaq.
Bildirilib ki, yarmarkaların açılmasında məqsəd Novruz bayramı ərəfəsində kənd məhsullarına artan tələbatı yerli və daha xeyirli məhsullarla ödəmək, yerli fermerlərə şərait yaratmaqdır. Yarmarkalarda 30-dan artıq regiondan gələn 100-dən çox fermer 60-a yaxın çeşidlə kənd məhsullarının satışını həyata keçirəcək. Açıqlamaya görə, qiymətlər bazarla müqayisədə ucuz olacaq.
Nazirlik yarmarkaların təşkili və fəaliyyəti zamanı karantin rejimi qaydalarına əməl olunacağını bildirib.
Açıq mənbələrdən götürülüb
Əvəz Hafizlinin işi üzrə məhkəmə hakim məzuniyyətə çıxdığına görə keçirilməyib
Sosial Media
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?