Sosial

Bakıda piyadanın ölümünə səbəb olan iş adamı azadlığa buraxılıb

30 İyul, 2021
252

Açıq mənbələrdən götürülüb

İş adamının “OKEAN-CO” və“M.M.G-DƏNİZÇİ” MMC-nin təsisçisi, "Gilan Holdinq"in əməkdaşı olduğu bildirilir.

İyulun 29-da Bakıda piyadanı vuraraq ölümünə səbəb olan “Mercedes Maybach” markalı 99 AA 323 nömrəli avtomobilin sahibinin kimliyi məlum olub.

Hadisəni törədən şəxsin Xəzər rayon sakini, 1967-ci il doğumlu Gülməmməd Məmməd oğlu Muradov olduğu müəyyən edilib. Bu barədə "Meydan TV"-nin məlumatında deyilir. 

Gülməmməd Muradov ifadəsində günahsız olduğunu söyləyib.

Açıq mənbələrdən götürülüb

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, Gülməmməd Muradov “OKEAN-CO” və“M.M.G-DƏNİZÇİ” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisidir.

O, iyulun 28-i səhər saat 09:45 radələrində Səbail rayonu, Salyan yolu 5 ünvanında 99 AA 323 nömrəli “Mercedes Maybach” markalı avtomobillə piyada vurub.

1941-ci il təvəllüdlü Vardar Muxtar oğlu İsmayılov hadisə yerində vəfat edib.

“Qafqazinfo.az” saytı yazır ki, Gülməmməd Muradov həm də kürü və balıq məhsulları istehsal edən “Caspian Fish” şirkətinin vəzifəli şəxsidir. G.“Caspian Fish” şirkəti isə “Gilan Holdinq”ə daxildir və sonuncu məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın adamı Əhədpur Mənuçehr şirkətin prezidentidir.

Piyadanın ölümü ilə bağlı istintaq başlanıb.

İstintaq qəzanı törədən Gülməmməd Muradovu sərbəst buraxıb.

Xəbərdə deyiir ki, Gülməmməd Muradovun adı daha öncə dələduzluq işində zərərçəkmiş kimi hallanıb.

O iddia etmişdi ki, Daxili İşlər Naziriyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis pokovniki Fərhad Məmmədxanova 150 min manat versə də, sonradan aldadıldığını görüb. Bununla bağlı F.Məmmədxanovun məhkəməsində iştirak edərək ifadə də verib.

DİN-in mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev "Meydan TV"-yə deyib ki, avtomobil qəzası ilə bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi açılıb, hazırda ekspertiza keçirilir. Avtomobil cərimə meydançasındadır.

Sosial

Həftəsonları ictimai nəqliyyat işləyəcək, əyləncə və istirahət mərkəzləri açılır

24 Sentyabr 2021

Sosial Media

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur. Əlavə olaraq, 2021-ci il oktyabrın 1-dən aşağıda qeyd olunan iş və xidmət sahələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilib: - istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti; - ümumi...
Sosial

Gündəlik yoluxma statistikası açıqlandı

24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 478 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 446 643 nəfər müalicə olunaraq sağalıb, 6 415 nəfər vəfat edib, aktiv xəstə sayı 25657 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 505, ötən müddət ərzində isə ümumilikdə 4 802 229 test aparılıb. Vaksinasiya Azərbaycanda bu gün 58 256 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Birinci mərhələ...
Seçilmiş Videolar