Sosial

Bakıda "saxta qazi"nin saxlanıldığı bildirilir

23 Noyabr, 2022
71

Açıq mənbələrdən götürülüb

DİN

"Paytaxtda Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara verilən orden və medalları, hərbi geyimi, fərqlənmə nişanlarını qanunsuz əldə etməklə görüntü yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb".

Toplum Tv xəbər verir ki, bu barədə noyabrın 23-də Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti  məlumat yayıb. 

https://toplum.tv/multimedia/gece-saatlarinda-qaziler-din-onunde-etiraz-etdi

Bildirilib ki, döyüşlərdə iştirak etməyən, 2-ci qrup əlil, 1986-cı il təvəllüdlü şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.

Həmçinin qeyd olunub ki, ondan üzərində daşıdığı orden və medallar, hərbi geyim götürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Nərmin işində təqsirləndirilən şəxs: “O qədər işgəncə vermişdilər ki, ayaqqabı geyinə bilmirdim”

Leyli Cəfərova
23 Noyabr 2022

Toplum.TV

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirərək meyiti yandırmaqda təsqirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edir.  Ötən məhkəmə iclasında İlkin Süleymanovun istintaq ifadəsinin yerində yoxlanması ilə bağlı videogörüntülər nümayiş etdirilmişdi.  Bu, 2020-ci ilin yanvarında İlkin Süleymanovun yaşadığı ünvanda və meyitin yandırıldığı yerdə (evin yaxınlığında) keçirilib.  Bu gün - noyabrın 23-də keçirilən məhkəmə iclasında isə İlkin Süleymanov ifadəsinin yerində yoxlanması prosesi ilə bağlı prokurorun və vəkillərin suallarını cavablandırıb. Vəkillər İlkin Süleymanovdan ifadənin yerində yoxlanılmasına aparılarkən təzyiqlərə məruz qalıb-qalmadığını soruşublar.  İlkin Süleymanov deyib ki, aparılmamışdan əvvəl polis rəisinin müavini Şahlar Cəfərov onu hədələyib və fiziki işgəncəyə...
Sosial

Publisistin açılmayan qətli – Hüquqşünas Yalçın İmanov yazır

23 Noyabr 2022
23 noyabr yazar Rafiq Tağının ölüm günüdür Yazıçı və publisist, doktor Rafiq Tağının qətlə yetirilməsinin ötən 11 ilinin yalnız ilk illəri qətlinin araşdırılmasına həsr olunub. Bir az da dəqiqləşdirsək, ilk iki ilindən də az bir müddəti. 2011-ci ilin 20 noyabrından, 2013-cü ilin 8 noyabrınadək olan dövr.   20 noyabr 2011-ci ildə yazıçının bıçaqlanması faktı əsasında Xətai Rayon Polis İdarəsində başlanan cinayət işi sonradan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinə tövsif edildi və istintaq aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi məqsədilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə göndərildi. Həmin idarənin müstəntiqinin araşdırmalarının yekununda – 8 noyabr 2013-cü ildə cinayət...

Seçilmiş Videolar

Toplum TV loqo