Sosial

Bakıda sinaqoqda yanğın olub

29 İyun, 2022
271

İyunun 29-a keçən gecə Bakının mərkəzində yerləşən və hazırda tikinti təmir işləri gedən sinaqoqda yanğın baş verib.  

Sakinlər yanğının sürətlə yayılmağa başladığını bildiriblər. 

"Bu, kinolarda olur. Mən görməmişdim ki, yanğın 40 saniyə, 50 saniyə içində belə irəliləyə bilər”, -  qonşuluqda yaşayan Ceyhun Gülməmmədov deyir ki, yanğından əvvəl partlayış səsi eşidilməyib. 

Yanğının başladığı sinaqoqda tikinti-təmir işlərini  "Qala" qrup şirkəti aparır. Hadisə zamanı ölən və yaralanan olmayıb. 

Ceyhun Gülməmmədovun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi vaxtında yetişdiyindən yanğının miqyası artmayıb. 

"Qala" qrup şirkətinin hüquqşünası Elcan Həsənli yanğının səbəbləri barədə məlumatsız olduqlarını bildirib. 

Şirkət rəsmisi deyib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yerində baxış keçirirlər. 

Onların rəyindən sonra yanğının nədən qaynaqlandığı bəlli olacaq. 

Ərazidəki şirkət işçiləri deyir ki, yanğın nəticəsində şirkətin 2 ədəd konteyneri, bəzi texniki avadanlıqları və tikinti materialları yanıb.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycan Xankəndinə növbəti dəfə ərzaq və tibbi yardım göndərir

26 Sentyabr 2023
Azərbaycan bu gün, sentyabrın 26-da növbəti humanitar yük və tibbi ləvazimatları Xankəndinə yola salıb. Toplum TV APA-ya istinadən bildirir ki, 4 yük maşınından ibarət humanitar yardıma 40 ton un, gigiyenik vasitələr, yataq dəstləri daxildir.  https://toplum.tv/siyaset/pbaki-xankendideki-partlayisda-yaralananlara-yardim-goumlnderibp Humanitar yardım Xankəndinə Ağdam-Əsgəran-Xankəndi yolu ilə  göndərilir. Bundan əvvəl Azərbaycanın Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar göndərdiyi açıqlanmışdı.   
Sosial

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirusun qarşısını almaq məqsədiylə tətbiq edilən xüsusi karantin rejiminin müddəti gələn ilin əvvəlinə qədər uzadılıb.  Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 25-də Nazirlər Kabineti məlumat yayıb.  "Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılsın", - açıqlamada bildirilib.  https://toplum.tv/sosial/pquru-serhedler-niye-accedililmir-ndash-elave-qazanc-yoxsa-tehluumlkesizlik-amilip Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar olaraq quru sərhədlər 2020-ci ilin martından bəri qapalıdır. Hava yolları vasitəsilə gediş-gəliş çoxdan bərpa olunsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır.  Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19-un pandemiya...

Seçilmiş Videolar

Toplum TV loqo