APA
Müslüm Maqomayev və Tofiq Quliyevin heykəllərinin quraşdırılması üçün qeyd olunmuş sahələrdə geoloji işlərin aparılması nəzərdə tutulub.
Xəbəri APA yayıb.
Bildirilir ki, geoloji işlər tamamlandıqdan sonra sözügedən heykəllərin quraşdırılması prosesinə başlanılacaq.
Prezident İlham Əliyev 2020-ci ildə Müslüm Maqomayevin, 2021-ci ildə Tofiq Quliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə sərəncam imzalayıb. Sərəncama əsasən Tofiq Quliyevin heykəlinin Bakıda, Müslüm Maqomayevin abidəsinin Dənizkənarı Bulvar ərazisinin Bakıdakı Kukla Teatrının yanında ucaldılması nəzərdə tutulub.
Müslüm Maqomayevin abidəsinin hazırlanması Xalq rəssamı Ömər Eldarova, Tofiq Quliyevin heykəlinin hazırlanması isə heykəltəraş Tural Rzaquliyevə tapşırılıb.
REUTERS
Toplum Tv
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”