Sosial

Bakıda və rayonlarda ağac kəsməyə görə cinayət işləri başlanıb

13 İyun, 2022
135

Rəsmi səhifə

Ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 24 min manat məbləğində ziyan vurulduğu müəyyən edilib.

Bu barədə iyunun 13-də Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir. 

Qurumun açıqlamasında qeyd olunur ki, Zaqatala, İsmayıllı, Goranboy, Lerik və Bakı şəhərinin Xətai rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

"Aparılmış araşdırmalarla Xətai rayonunda dövlət mülkiyyətində olan ərazisində, Zaqatala rayonunun Fındıqlı, İsmayıllının Quşencə, Goranboyun Yolqullar bələdiyyələrinin ərazilərində meşə fonduna daxil olmayan, həmçinin Lerikin Razvondabad meşəbəyliyinin ərazisində meşə fonduna daxil olan ağacların müvafiq icazə olmadan qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 24 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib", - açıqlamada vurğulanıb. 

Məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başladılıb və istintaqın aparılması üçün aidiyyəti rayon prokurorluqlarına göndərilib.

Sosial

Koronavirusdan ölüm faktı qeydə alınıb

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan iyulun 5-də verilən məlumata görə, nəticələri pozitiv çıxan 1 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 793 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 465 nəfər müalicə olunaraq sağalıb, hazırda 254 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 403, bu günə qədər isə ümumilikdə 6 974 930 test icra olunub.
Sosial

Sosial yardım ala bilməyən vətəndaş: Aylıq gəlirimiz 60-70 manatdı, necə yaşayaq?

Günel Manaflı
5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Qax rayonunun Tasmalı kənd sakini Məmmədova Gülpəri maddi vəziyyətinin çox ağır olduğunu deyir. 10 ildir ailə həyatı quran G. Məmmədovanın həyat yoldaşı heç yerdə işləmir. Dolanışıqlarını yoldaşının ot satmaqla, odun doğramaqla və mal-qara otarmaqla qazandığı az vəsaitlə təmin edirlər. Biri əkiz olmaqla 4 və 6  yaşlarında üç körpə övladının olduğunu deyən G. Məmmədova sosial yardım almaq üçün aidiyyatı qurumlara müraciət etsə də, müsbət cavab almayıb: “Evimizi zəlzələ olan zaman dövlət tikib. Vəziyyətimizin çətinliyi və sosial yardım almaq istəyimizlə bağlı 1 il yarım əvvəl prezidentə məktub yazdıq. Prezident Administrasiyasından Qax rayon İcra Hakimiyyətinə məktub göndərildi ki, bizim işimizə baxılsın. İcra Hakimiyyəti...

Seçilmiş Videolar

Toplum TV loqo