Sosial

Bankə xəstəxanasının təcili yardıma ehtiyacı var - "Tövlədən seçilmir"

25 Aprel, 2022
1468

Toplum TV

Neftçala rayonunun Bankə qəsəbəsinin uçuq, sökük xəstəxanası daxmadan fərqlənmir. Tibb ocağından geriyə qalan qırıq, çərçivəsindən çıxarılmış qapı və pəncərələr, suvağı tökülmüş divarlardır. Dağıntılardan bir anlıq Avropanın şərqindəki qaynar müharibədə olduğumuz hissinə qapılsaq da, məlumat lövhəsi Kürün şərqində olduğumuzu xatırladır.

Bankə sakini Vüsalə Məmmədova artıq 24 ildir ki, qəsəbə xəstəxanasına üz tutmur. Səbəb kimi buranın bərbad vəziyyətdə olmasını göstərir.

Elə biz də xəstəxana binasını ilk görəndə tikilinin əvvəllər tibb ocağı olduğuna inanmaqda çətinlik çəkdik. Baxımsız xəstəxananın həyətində skamyalar köhnə və qırıqdır. Yüzdən artıq yaşı olan xəstəxana dayaqları üzərində güclə dayanıb, tavanı çürüyüb, deşik-deşidkir. Buranın bir salamat pəncərəsi, bir abad guşəsi qalmayıb.

Toplum TV

V.Məmmədovanın sözlərinə görə, o, illər əvvəl xəstəxanada doğuşa qəbul ediləndə belə şərait yaxşı olmayıb.

“Tövlədən seçilmirdi. O vaxtdan həkimlik işim olanda rayon xəstəxanasına gedirəm. Həyətində yalnız kiçik bir hissəni təmir ediblər. Orada olmamışam, işləyib-işləmədiyi haqqında məlumatım belə yoxdur”,- Bankə sakini belə deyir.

“Zamanında hər kəsin üz tuta biləcəyi xəstəxana idi”

Aybəniz Əhmədova isə Bankə xəstəxanasını xoş xatirələrlə yada salır. Deyir ki, anası Şəfiqə İbrahimova 47 il orada işləyib. Buna görə də xəstəxanaya anasının yadigarı kimi yanaşır.

Toplum TV

“Sovet dönəmində zamanı üçün müasir və hər kəsin üz tuta biləcəyi tibb ocağı idi. İki övladım xəstəxananın doğum şöbəsində dünyaya gəlib. Bir vaxtlar çox savadlı həkim, işçi kollektivi vardı. Əvvəlki həkimlər indi yoxdur”.

Sözügedən tibb ocağı Nefçala şəhər mərkəzi xəstəxanasının nəzdindədir və şəhid Rövşən  Ağamalıyev adına sahə xəstəxanası adlanır.

Toplum TV

Bizi  müşayiət edən tibb bacısı Pərvanə Təhməzova danışır ki, əvvəllər nəinki qəsəbə sakinləri, eləcə də Biləsvuvar, Salyan kimi şəhərlərdən bura müalicə almağa gələrdilər: “İndisə Bankədə kiminsə vəziyyəti pisləşəndə təcili tibbi yardım çağırırlar. Bizim ilkin yardım göstərmək üçün nə səlahiyyətimiz, nə də avadanlığımız var”.

Toplum TV

O, xəstəxanın bu vəziyyətdə olmasını insanların dolanışıqlarının zəif olmasında görür. Dediyinə görə, son zamanlar məntəqə daha çox peyvəndləmə üçün istifadə edilir.

“Vaxtilə burada ürək əməliyyatları aparılıb”

Xəstəxananın baş həkimi Taliyyə Mustafayeva belə deyir.

Onun sözlərinə görə, binanın 100 ilə yaxın yaşı var.

“Əvvəl peşə məktəbi, ondan sonra uşaq baxçası olub. Sonradan tibb məntəqəsi kimi fəaliyyət göstərib. 1987-ci ildə həyətdə yeni böyük xəstəxana tikildi. Həmin illərdə xəstəxanamıza böyük tələbat vardı. 150-yə yaxın çarpayı, ixtisaslaşmış həkimlərimiz olub. Hətta vaxtilə burada ürək əməliyyatı aparılıb”.

Toplum TV

Baş həkim söyləyir ki, sonradan qəsəbə kasıblaşıb deyə həkimlərin də sayı azalıb: “Balıq kombinatı, hərbi hissə bağlandı. Əvvəlki rəhbərliyin dövründə xəstəxana ambulator xidmət göstərməyə başladı. İndi cəmi iki həkim var, qalanları da ancaq tibb bacıları və təmizlikçilərdir. Terapevt, uşaq həkimi yoxdur”.

O, öz hesablarına xəstəxananı tibbi avadanlıqla təmin etdiklərini deyir.

“10 il əvvəl, keçmiş nazir Oqtay Şirəliyevin dövründə binanın yalnız bir hissəsi təmir olundu, istilik sistemi quraşdırıldı. Ancaq lazımi avadanlıqlarımız, tibbi cihazlarımız yoxdur. Olanları da həkimlər öz hesabına alıb”, - deyə o əlavə edir.

Toplum TV

Bundan əvvəl Neftçala rayon İcra Hakimiyyətinin müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Bürcəli Ağayev də “Toplum TV”-yə açıqlamasında rayonda həkim çatışmazlığı olduğunu təsdiq etmişdi.

“...Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın”

Prezident İlham Əliyev isə açıqlamalarında hökumətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bildirir və səhiyyə sistemində bütün lazımi tədbirlərin görülməsinə çalışdığını qeyd edir: “Ölkəmizin hər bir şəhərində və ya onların mütləq əksəriyyətində müasir xəstəxanalar artıq tikilib və bir neçə şəhərdə tikinti işləri davam edir. Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın”.

İlham Əliyev- sosial media

Rəsmi açıqlamalara görə, yaxın 20 ildə 600-dən çox xəstəxana, tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib.

İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2020-ci ildən tibb məntəqələrinin müasir hala gətiriləcəyini açıqlayıb. O, bəzi rayonlarda hələ də təmir-bərpa işlərinə ehtiyac olduğunu, çətinliklərlə bağlı  əlaqədar qurumların xəbərdar edildiyini bildirib: “Bəzi xəstəxanalarda avadanlıq çatışmazlığı var. Xüsusilə də kənd həkim məntəqlələrinin əsaslı qurulmasına ehtiyac duyulur. Yaxın dövrdə bu məntəqələrdə həkimlərin, tibb bacılarının yerləşdirilməsi ilə bağlı işlər görüləcək”.

Bankə xəstəxanasında anoloji işlərin nə zaman görüləcəyi ilə bağlı Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta Agentliyinə sorğu göndərsək də, cavab ala bilmədik.

Bankədə bir vaxtlar hamının üz tutduğu tibb ocağının indi özünün təcili yardıma ehtiyacı var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo