Sosial

Baş Prokurorluq intihar etmiş qazilərin sayını niyə açıqlamır?

Aytac Məmmədli
18 İyul, 2022
934

Rəsmi səhifə

İkinci Qarabağ müharibəsindən sonra 35 qazi intihara əl atıb.

Bugünlərdə sabirabadlı qazinin intiharından sonra Kütləvi İnformasiya Vasitələrində yayılan məlumatlarda belə deyilir və bəzi saytlar onların adlarını belə açıqlayıb.  

İntihar hadisələrinin bilinən əsas səbəbləri arasında qazilərin qarşılaşdığı laqeyd münasibət, əlillik pensiyası ala bilməmələri, işsizlik kimi sosial problemlər göstərilir.

Sonuncu dəfə “Mauqli” ləqəbli qazi Elvin Cəfərov Sabirabad rayon İcra Hakimiyyətinin önündə özünü yandıraraq intihar edib.

Elvin Cəfərov - Sosial Media

Qardaşı qaziyə qarşı icra hakimiyyətində haqsızlıqlar edildiyini, buna görə, canından bezən qardaşının sonda intihara əl atdığını deyib.

Bu hadisədən sonra daha bir neçə qazi intihar həddinə çatdırıldığını açıqlayıb, hətta həyatına qıymaq istəyənlər də olub.

Maraqlıdır, bəs qazilərin intiharı faktı ilə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə neçə cinayət işi açılıb?

Prokurorluq bu sualımızı cavabsız qoyur.

Baş prokurorluğun mətbuat xidmətindən Toplum TV-yə verilən məlumata görə, qurum intihar faktlarıyla bağlı dərhal araşdırmalara başlayır və qanunvericilikdə nəzərdə tutulan bütün tədbirləri həyata keçirir.

https://toplum.tv/musahibe/ih-sobe-mudiri-problem-muharibe-istirakcilarinin-issizliyidir

“İntihar edən qazilərin hər biriylə bağlı ictimaiyyətə cavab verilib. Özünü öldürmə həddinə çatdırma ilə bağlı faktlar, konkret olaraq bu kateqoriya üzrə (İkinci Qarabağ Müharibəsi iştirakçılarının intiharı) ümumiləşdirmə aparılmır”,- qurumdan bildirilir.

Özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi hansı hallarda açılır?

Hüquqşünas Fariz Namazlının sözlərinə görə, 125-ci maddə ilə cinayət işi açmaq üçün konkret olaraq təqsirkar şəxslər müəyyən edilməlidir, amma kimsə dövlətin bürokratik problemləri ucbatından intihara əl atırsa, bu maddəylə konkret şəxsi məsuliyyətə cəlb etmək olmur. 

“Əgər kimsə zərərçəkənə qarşı amansız rəftar göstəribsə, onun ləyaqətini mütəmadi alçaldıbsa, ona hədə-qorxu gəlibsə, o da özünü məhz bu səbəblərdən dolayı öldürübsə, qarşı tərəf bu məddə ilə məsuliyyətə cəlb edilə bilər. 

Yəni zərərçəkən özünü kimə görə öldürmək istəyirsə, o şəxsdən maddi, xidməti və s. səbəblərə görə asılı olmalıdır. Əgər onlar arasında heç bir bağlılıq yoxdursa, şəxsi 125-ci maddə ilə məsuliyyətə cəlb etmək olmaz”.

Fariz Namazlı - Açıq mənbələrdən götürülüb

Hüquqşünas Yalçın İmanov isə deyir ki, qazilərin sosial problemlərini həll edən qurumlar Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, onun vəzifəli şəxsləri və İcra Hakimiyyətidir.

O heasb edir ki, qazilərin intihar həddinə çatması bu qurumların fəaliyyəti ilə bağlıdırsa və bu fakt təsdiqini tapıbsa, Cinayət Prosessual Məcəllənin 207-ci maddəsinə görə, təqsirkarları cinayət məsuliyyətinə cəlb etmək olar.  

"Burda konkret təqsirkar şəxsi müəyyən etmək qeyri-müəyyən görünsə də, qazilərin son zamanlar şikayətləndiyi məsələlərin xarakteri və məzmunu cinayət işinin açılması və təqsirkarın müəyyən edilməsinə yardımçı olur",- hüquqşünas bildirir.

Yalçın İmanov - Sosial Media

“Baş Prokurorluq statistikanı açıqlamalıdır”

F. Namazlı Baş Prokurorluğun intihar edən qazilərlə bağlı statistikanı açıqlamaması onun fəaliyyətinin şəffaflığını sual altına qoyur. 

“125-ci maddə üzrə cinayət işlərinin aparılması prokurorluğun səlahiyyətindədir. Bu cinayətlərin ümumi statistikası ictimaiyyətə açıqlanmalıdır. Baş Prokurorluq məlumat sahibi olaraq bu statistik məlumatları paylaşmağa borcludur”. 

Y. İmanov da əlavə edir ki, prokurorluq orqanları qazilərin intihar faktlarıyla bağlı davamlı ictimaiyyətə açıqlama verməlidir, çünki bu, hər kəsi maraqlandıran məsələdir. 

“Prokurorluğun açıqlamaları adətən yarımçıq olur və ya sonrakı proses barədə cəmiyyət məlumatlandırılmır. Deməli, ortada qaranlıq məsələlər var və obyektiv, tam, hərtərəfli araşdırma aparıldığı şübhəlidir”,- hüquqşünas belə deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo