Sosial Media
Baş Prokurorluq 2004-ci il təvəllüdlü qızın cinsi təcaüzə məruz qalması ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən oktyabrın 18-də verilən məlumata görə, Sənay Yağumurun (Qəhrəmanlı) cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, istintaqın davam etdirilməsi isə İstintaq idarəsinə həvalə edilib.
"Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir.
Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsi, dəqiqləşdirilməmiş və istintaqın gedişinə mane ola biləcək məlumatların yayılmaması xahiş olunur", - deyə məlumatda bildirilib.
Sənay Yağmur yazıçı Zümrüd Yağmur və siyasətçi Fuad Qəhrəmanlının qızıdır.
açıq mənbədən götürülüb
Wikipedia
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?