Açıq mənbələrdən götürülüb
1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində güllələnən 12 nəfərin meyitinin müayinəsi aparıldıqdan sonra onlar əvvəlki yerdə ayrı-ayrı qəbirlərdə torpağa tapşırılıb.
APA-nın məlumatına görə, meyitlər üzərində eyniləşdirmə aparılıb, eyniləşdirmə nəticəsində hansı meyitin kimə aid olduğu müəyyənləşdirilib.
29 il əvvəl burada basdırılanların 6-sı qadın, 6-sı kişi, 1-i 12 yaşlı uşaq, 1-i isə 16 yaşlı yeniyetmədir.
Həmin şəxslərin adları əvvəldən məlum olub, lakin kimin harada basdırıldığı bilinmirdi. Eyniləşdirmə müayinəsi nəticəsində hansı meyit qalığının kimə aid olması dəqiqləşib.
Meyit qalıqları Kəlbəcər Rayon İcra Hakimiyyətinə təhvil verilib.
Meyit qalıqları Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən sentyabrın 3-də əvvəlki yerdə ayrı-ayrı qəbirlərdə torpağa tapşırılıb.
Bakı gələn mövsüm “Formula 1” sprint yarışı keçirmək niyyətindədir
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”