Sosial

Baxçada körpənin şiddətə məruz qalması narazılıq yaradıb

14 Yanvar, 2022
99

Sosial şəbəkələrdə İsmayıllı rayonunda fəaliyyət göstərən bir uşaq bağçasında körpəyə qarşı tərbiyəçinin zorakılıq etdiyini əks etdirən video kadrlar yayılıb. Kadrlarda qadının körpənin çörəyi yeməsi üçün təkid etdiyi və başına sillə vurduğu görünür. 

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirilib ki, kadrlardan məlumatlıdırlar və məsələ araşdırılır.

"Yayılan görüntülərlə bağlı araşdırma başlayıb. Fakt nəzarətə götürülüb. Araşdırmanının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir", - DİN-in sözçüsü Elşad Hacıyev açıqlamasında deyib.

Dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindədir. Təhsil Nazirliyi də məsələnin ciddi şəkildə araşdırıldığını bildirib. 

Bu gün, yanvarın 14-də məlum olub ki, üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi - müəlliməsi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib.

Sosial

“Gəncə məhbusu”: “Gərək özümə nəsə edəm ki, mənimlə maraqlansınlar”

Vüsalə Mikayıl
28 Yanvar 2022

Sosial Media

2018-ci ildə “Gəncə hadisələri” zamanı həbs olunmuş və hazırda 2 saylı cəzaçəkmə müəssəsində həbs həyatı yaşayan Bayramov Tural Arzu oğlunun səhhətində problemlər yaranıb. Bununla bağlı “Toplum TV” - yə məhbusun anası Zinyət Bayramova xəbər verib. O deyir ki, oğlunun vəziyyəti ağır olsa da, müdaxilə edilmir, vəziyyəti isə getdikcə pisləşir: “O qədər işgəncə veriblər ki, panik atak, nevroz olub. Əvvəl 10-cu kolonda idi, indi isə 2 saylı cəzaçəkmə təcridxanasındadır. 20 gündən də çoxdur ki, yenə ağrıları başlayıb. Gecə yatanda boğulur, qarabasması  olur. Artıq ağrılara dözə bilmədiyini deyir. Telefonla danışanda “gərək özümə nəsə edəm ki, mənimlə maraqlansınlar” deyir. Oranın həkimi Fərhadov Nüsrət...
Sosial

Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr

28 Yanvar 2022

TRT Haber

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb. "Koronavirus.info" saytının məlumatına görə, ölkədə virusa yoluxanların 52,3 %-i Bakının payına düşür. Yoluxma göstəricisi Abşeronda 13,3 %, Aranda 12,9 %, Gəncə-Qazaxda 7,7 %, Quba-Xaçmazda 3,6 %, Şəki-Zaqatalada 3,5 %, Lənkəranda 2,5 %, Dağlıq Şirvanda 2,2 %, Yuxarı Qarabağda 1,6 %, Naxçıvan Muxtar Respublikasında 0,5 %-dir. Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,5 % təşkil edir.
Seçilmiş Videolar