Co Bayden
FOTO: BBC
ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden 1,9 trilyon
dollarlıq Amerika iqtisadiyyatını xilasetmə planını açıqlayıb.
Bu barədə yerli vaxtla yanvarın 14-də yeni seçilmiş
prezidentin Baş qərargahından açıqlama verilib.
Demokratların lideri hesab edir ki, 160 milyard dolları mütləq
ölkə əhalisinin koronavirusa qarşı vaksinasiyasına ayırmaq lazımdır. Bununla
yanaşı, testlərin genişləndirilməsinin, ictimai səhiyyə sahəsində məşğulluq
proqramlarının gücləndirilməsinin və COVID-19 ilə mübarizə üçün digər
addımların atılmasının labüd olduğu bildirilib.
Bayden 170 milyard dolların məktəb və universitetlərə, 130
milyard dolların isə tədris ocaqlarının təhlükəsizliyinə ayrılmasını istəyir.
"Yeni seçilmiş prezidentin Amerikanı xilasetmə planı
ambisiyalı olsa da, həyata keçirilməsi mümkündür, bu, iqtisadiyyata yardım edəcək
və virusun öhdəsindən gəlməyə töhfə verəcək", - deyə Baş qərargahdan verilən
açıqlamada bildirilib.
Toplum TV
Açıq mənbələrdən
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”