Sosial

Bayden Putinlə telefon söhbətindən və yeni sanksiyalardan danışdı

16 Aprel, 2021
935

CNN

ABŞ prezidenti Co Bayden cümə axşamı Ağ Evdəki çıxışı zamanı ölkəsinin Rusiya ilə münasibətləri barədə yeni bəyanatlar səsləndirib. Həmin gün administrasiya Rusiyaya qarşı yeni sanksiyaları da elan edib. 

"Radio Svoboda"-nın məlumatına görə, ABŞ lideri çıxışı zamanı Putinlə bu həftə baş tutan telefon danışığını xatırladıb. 

"Prezident Putinlə söhbət zamanı aramızdakı şəxsi, birbaşa təmasın xüsusilə daha effektiv münasibətlər üçün çox vacib olduğuna əmin oldum. O da bununla razılaşdı. Bu mənada  ölkələrimizin qarşısında duran bir sıra məsələləri müzakirə etmək üçün bu yay Avropada sammit çərçivəsində şəxsən görüşməyi təklif etdim”.

Bayden deyib ki, hazırda komandalar bu fürsətin mümkünlüyünü müzakirə edirlər.

"Vaşinqtonun sanksiyalar barədə tezliklə qərar qəbul edəcək", - Birləşmiş Ştatlar prezidenti Putinlə söhbət zamanı ona bu məsələni də çatdırdığını deyib. 

Bayden Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini xüsusi vurğulayıb və qeyd edib ki, Birləşmiş Ştatlar heç kəsə demokratik təsisatları sarsıtmağa imkan verməyəcək və belə təxribatçı əməllərin davam edəcəyi təqdirdə yeni sanksiyaların tətbiqi mümkündür. O, həmçinin haker hücumları və Krımın anneksiyasını da xatırladıb. 

O, daha sonra bildirib ki, Putin Ukraynaya qarşı hər hansı aqressiv hərəkətlərdən çəkinməlidir: "Birləşmiş Ştatlar bundan sonra da öz maraqlarını və dəyərlərini, eləcə də müttəfiqlərini müdafiə edəcək. Sanksiyalar daha sərt ola bilərdi, amma daha mülayim variant seçilib".

ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar Rusiyanın dövlət borcu ilə bağlı bazardakı əməliyyatlara, bir sıra  fiziki və hüquqi şəxslərlə əməkdaşlığa qadağa qoyur, eləcə də aktivlərin dondurulmasını nəzərdə tutur. 

Co Baydenin dünən imzaladığı daha bir sərəncam ABŞ hökumətinə Rusiya iqtisadiyyatının istənilən sektoruna qarşı sanksiya tətbiqinə icazə verir.

“Bu sərəncam Rusiyanın beynəlxalq arenada sabitliyi pozan əməllərini davam etdirəcəyi təqdirdə Birləşmiş Ştatların strateji və iqtisadi əhəmiyyətli sanksiyalar qəbul edəcəyini nümayiş etdirir”, - “Amerikanın səsi” sənədə belə şərh verib.

Ağ Ev rəhbəri çıxışı zamanı jurnalistlərin “Şimal axını-2” qaz xətti barədə suallarına da cavab verib. Hazırda bir çox amerikalı senatorlar bu layihə ilə əlaqəsi olan şirkətlərə qarşı sanksiyalara nail olmağa çalışırlar. Bayden Rusiyadan Almaniyaya çəkilən boru xəttinin əleyhinə olduğunu desə də, bunun mürəkkəb məsələ olduğunu da qeyd edib. "Çünki ABŞ-ın müttəfiqlərinin mənafeyinə toxunur". 

Rusiyaya qarşı aprelin 15-də qüvvəyə minən sanksiya paketində qaz xətti əleyhinə sanksiya nəzərdə tutulmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo