Sosial

Bayrama hazırlıq - “Ya 1 manatlıq, ya da hərəsindən 2-3 ədəd alırlar”

30 Dekabr, 2021
1238

Toplum TV

Yeni ilə az qalıb, bayram hazırlığı başlanıb. Son bahalaşmalardan sonra əhali bayram hazırlığına nə qədər pul xərcləyir?

“Toplum TV”-nin əməkdaşı vəziyyəti öyrənmək üçün paytaxtın “8-ci kilometr” bazarına baş çəkib.

Günün erkən saatları olsa da, yavaş-yavaş alıcılar gəlir.  Satıcılar da artıq məhsulları piştaxtaya düzüblər. Amma satışın olmadığından gileylənirlər.

Toplum TV

Meyvə satan satıcı qadın eyni məhsulları  neçə gündür piştaxtaya düzdüyündən, ancaq alıcı olmadığından danışır: “50 qəpik üstünə pul qoyuruq, alan da yoxdur. Keçən il, ondan əvvəl satışlar daha yaxşı idi. İndi alanda da az alırlar. Ya 1 manatlıq, ya da hərəsindən 2-3 ədəd alırlar”.

“Marketlər digər məhsulların qiymətini 2-3 qat qaldırıb, meyvə-tərəvəzi də ucuz satır”

Yaxınlıqdakı satıcı da söhbətə qoşulur. O həm də bəzi marketlərdə meyvə-tərəvəzin qiyməti ucuz olduğundan alıcıların bazara gəlmədiyini deyir.

“Marketlər  digər məhsulların qiymətini 2-3 qat qaldırıb, meyvə-tərəvəzi də ucuz satır. Camaat da düşünür ki, elə evimin yanındakı marketdən alım, niyə bazara gedim ki? Mən bananın bir yeşiyinə 55 manat pul verirəm, içində də 20 kq olur. Kilosu 2.75 qəpikdən düşür, 3 manata satıram. Marketlərdə isə kilosu 2 manatdır. Yağın, düyünün, şəkər tozunun qiymətini qaldırıblar, onun hesabına tərəvəzi, meyvəni ucuz verirlər. Burda da bizim bazarımız ölür”.

Toplum TV

Digər satıcıya yaxınlaşıram. Mandarinlərin Astaradan gətirildiyini deyir. O da satışın azlığından şikayətçidir: “Camaatda pul yoxdur, nəylə alsınlar? Keçən il müharibəyə görə satış yox idi, indi də bahaçılıq. Əslində, 2-3 manat nədir ki? Camaat o pulu tapa bilmir ki, gəlsin uşağına bayram payı alsın. Hələ bundan da ucuz istəyirlər. Burda Novruz vardı, sata bilmədi, “bankrot” olub getdi”.

Alıcılarla söhbətimizdə ən çox hansı məhsulun bahalaşdığını öyrənməyə çalışırıq. Onlar isə bahalığı bütün məhsullarda hiss etdiklərini deyirlər:

-Qiymətlər sizi qane edir?

-Bir az alma ucuzdu. O da həmişə evdə olur. Məsələn, fındıq, şabalıd çox bahadır. Kələm turşusu 2 manat 50 qəpikdir. Çox bahadır.

-Bazarlığa nə qədər pul xərcləməyi nəzərdə tutmusunuz?

-Hələ ki, 40 manata yaxın xərcləmişəm. Amma bunun düyüsü var, əti var.

Toplum TV

Bayram keçirməyə nə qədər pul lazımdır

Bu il bir ailənin bayram səbətini doldurmaq üçün bazardakı qiymətləri təqdim edirik.

Meyvələr: alma 50 qəpik-3 manat, portağal 1.70 manat, banan 3 manat, nar 1 manat, mandarin 1.20 manat, ananas 4-5 manat, üzüm 1.30 manat, xurma 50 qəpikdir.

Çərəzlər: qoz 4-7 manat, qoz ləpəsi 12 manat, fındıq 6-8 manat, fındıq ləpəsi  13 manat, qara gavalı qurusu 8 manat, alça qurusu 5 manat, şabalıd 6-7 manat, qaysı 13 manat, kişmiş 12 manat, badam 4 manatdır.

Tərəvəzlərdən kök 1 manat, xiyar  2 manat, pomidor 3 manat, soğan 50 qəpikdir.  

Toplum TV

Kərə yağının qiyməti 16-17 manatdan, düyünün qiymətisə 5-6 manatdan başlayır.

Bu qiymətlərlə təkcə ərzaq məhsullarını almağa minumum 124 manat lazımdır. Bura ət və ət məhsullarını, bayram bəzəklərini də əlavə etsək hesab bir az da qabarır.

Toplum TV

Rəsmi rəqəmlərə görə, ölkədə minimum əməkhaqqı 250 manatdır. Azərbaycanda bir insanın yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyənləşdirilib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo