Sosial
Bərdə-Ağdam dəmiryolunun tikintisi üçün beş milyon manat ayrıldı
24 Noyabr, 2020
Baxış: 101
Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq beş milyon manat ayrılıb.

Bu barədə noyabrın 24-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Belə ki, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq beş milyon manat ayrılıb.

Müvafiq məbləğdə maliyyələşməni Maliyyə Nazirliyi təmin edəcək.

İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun bölgüsündə dəmir yolu xəttinin tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Sosial

20 Yanvar faciəsindən 31 il ötür-FOTOREPORTAJ

Fərqanə Novruzova
20 Yanvar, 2021
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin növbəti ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakıya girib. Rəsmi məlumata görə, Kommunist Partiyasının Birinci katibi Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb.  SSRİ DTK-nın "Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partladıb, respublikada televiziya verilişləri dayandırılıb. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil olub. Hadisələr nəticəsində paytaxt da daxil olmaqla respublikanın digər rayonlarında 147 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin...
Sosial

Koronavirus statistikası: Azərbaycan

20 Yanvar, 2021
Azərbaycanda son sutkada koronavirusa 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumatına görə, son sutkada 12 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib. Hazırda 7 367 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, bu günə qədər isə ümumilikdə 2 336 498 test icra olunub.
Seçilmiş Videolar
Menu