Sosial

Bərdə sakini uşağının pensiyasının kəsilməsindən şikayətçidir

Günel Manaflı
4 İyul, 2022
1193

Açıq mənbələrdən götürülüb

Bərdə rayon sakini Xıdırova İlhamə deyir ki, qızı Sahibzadə Səma 2015-ci ildən, yəni 4 yaşından bəri epilepsiya xəstəsidir. Həmin vaxtdan 2020-ci ilə qədər ona sosial pensiya verilib.

Şikayətçi iddia edir ki, sosial pensiyanın kəsilməsi ilə bağlı son iki ildə müxtəlif qurumlara müraciət etsə də, şikayətinə baxılmayıb.

Övladı xəstə olduğu üçün işləyə bilmədiyini deyən şikayətçi qızı və yaşlı anası ilə birgə yaşayır: “Yoldaşımdan ayrılmışam. Xəstə qızım və 76 yaşlı qoca anamla yaşayıram. Qızımın xəstəliyinə görə onu evdə qoyub işləyə bilmirəm. Səmanın (qızı) mədə bağırsaq siqnalı, infeksiyası başının hüceyrəsinə vurur, ürəyi gedir. Əlləri qıc olur, ağzı əyilir. Mən işləsəm, qızımın qıcolması tutanda yaşlı anam ona necə kömək edə bilər?! Ona görə də işləyə bilmirəm. Pensiyası kəsiləndən qızımın ehtiyaclarını ödəyə, onu vaxtında həkimlərə apara bilmirəm. Bərdə rayon xəstəxanasının nevroloqu Tahirə Kərimova qızımın pensiyası üçün lazım olan kağızı bizə vermir. Bircə kağız parçasına görə iki ildir pensiyanı ala bilmirik. Vəziyyətimiz çox ağırdır”.

https://toplum.tv/multimedia/isiqsiz-qazsiz-susuz-qalan-seki-ziyalisi

İ.Xıdırovanın sözlərinə görə, uşağın pensiyasının yenidən bərpa edilməsi üçün illərdir onu müayinə edən Bərdə rayon xəstəxanasının nevroloqu Tahirə Kərimovanın yanına gedib. Şikayətçi iddia edir ki, nevroloq uşağın pensiyasının bərpası üçün lazım olan kağızı verməyib və tələb edib ki, qız gəlib xəstəxanada yatmalıdır və o, müşahidə aparmalıdır. Qadın deyir ki, onun xəstəxanaya getməyə, uşağını orada yatızdırmağa maddi imkanı yoxdur. Onun sözlərinə görə, qızına ilkin diaqnozu Bakıda həkim Zakir Əliyev qoyub və uşaq dəfələrlə onun müayinəsində olub. O, imkansızlığa görə qızını orta məktəbə belə göndərə bilmədiyini deyir: “Qızımı məktəbə yola salmağa, dəftər, qələm almağa, çantasına tənəffüsdə yeməyə nəsə qoymağa pulum yoxdur. Problemimlə bağlı aidiyyəti qurumların qəbuluna getməyə də imkanım yoxdur.”.

Bərdə xəstəxanası - Açıq mənbələrdən götürülüb

İttihamlarda adı hallanan Bərdə rayon xəstəxanasının uşaq nevropotoloqu Tahirə Kərimova isə Toplum TV-ə deyir ki, uşağın qıcolması yoxdur və ona sosial pensiya düşmür: 

“İlhamənin qızı Bakıda professor Zakir Əliyev tərəfindən illərlə müayinə olunub. Bizim sayəmizdə o vaxt dövlət tərəfindən lazımı müavinəti alıb. İlhamə xanım dəfələrlə mənim evimə, xəstəxanaya gəlib, məni narahat edib. Onun qızının heç bir qıcolması yoxdur. Biz indi qanunla qıcolma tutmasını görməliyik. Uşağı xəstəxanaya gətirə bilmirsə, qıcolma zamanı videoya çəkib göstərməlidir”.

https://toplum.tv/sosial/muharibe-istirakcisi-iki-defe-yaralanmisam-ancaq-qazilik-statusu-ala-bilmirem

İlhamə Xıdırovanın sözlərinə görə, Toplum TV-nin zəngindən sonra Tahirə Kərimova ona artıq işin onda olmadığını bildirərək, bir də yanına gəlməmələrini istəyib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov Toplum TV-yə vətəndaşın uşağının pensiyası ilə bağlı heç bir müraciət edilmədiyini dedi: “Uşağa pensiyanın verilməsi 2020-ci ildə dayandırılıb və vətəndaşın bunun bərpası ilə bağlı heç bir müraciəti bizə daxil olmayıb. Vətəndaş əlilliyin qiymətləndirilməsi ilə bağlı mütləq şəkildə qeydiyyatda olduğu şəhər üzrə poliklinikaya müraciət etməlidir. Son il ərazində aldığı müayinə və müalicələri, ixtisaslaşmış tibb müəssisəsi tərəfindən aldığı rəyi poliklinikaya təqdim etməlidir. Poliklinika da onun əsasında elektron formada “forma 88” tərtib edəcək və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndərəcək. Artıq məsələnin ikinci tərəfinə biz baxacağıq”.

Tural Qurbanov - Açıq mənbələrdən götürülüb

Şikayətçi deyilənləri artıq edib və bir həftədən çoxdur ki, poliklinikanın sənədləri Nazirliyə göndərməsini gözləyir.

Poliklinikadan isə şikayətçiyə göndərmənin gecikmə səbəbi kimi sistemin açılmadığı və yenilənmə getdiyi göstərilib.

Məsələni diqqətdə saxlayacağıq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...
Sosial

İyunda bir həftə iş olmayacaq

25 May 2023

Açıq mənbələrdən götürülüb

İyun ayında Silahlı Qüvvələr və Qurban bayramı ilə əlaqədar olaraq bir həftə iş olmayacaq. Toplum Tv xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar çıxarıb.  Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. https://toplum.tv/sosial/pnazirlik-taksi-sirketleri-ldquoferdi-melumatlar-haqqindardquo-qanunu-pozurp Belə ki, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür. İyunun 28, 29-u isə Qurban bayramı günləri müəyyən edilib. Beləliklə, 1 və 2 iyul tarixlərinin də şənbə və bazar günlərinə təsadüf etdiyini nəzərə alsaq, Silahlı Qüvvələri Günü və Qurban bayramı ilə əlaqədar bir həftə - 26,...

Seçilmiş Videolar

Toplum TV loqo